Rusiyada xarici vətəndaşlığı olan şəxslər Silahlı Qüvvələrdə hərbi xidmət keçəcək.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Rusiya Federasiyasının Silahlı Qüvvələrində əcnəbi vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman hüquq-informasiya internet portalında dərc olunub.
Fərman dinc dövrdə xarici dövlətin vətəndaşlığına və ya yaşayış icazəsinə və ya vətəndaşın xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənədə malik olan vətəndaşların hərbi xidmət keçmə qaydasını müəyyən edir.
Bizim.Media