Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyi: keçilmiş yol, regional və qlobal əməkdaşlıq kontekstində ikitərəfli münasibətlərin inkişaf perspektivləri” adlı ikinci iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, iclas noyabrın 17-də baş tutacaq.
İclasın təşkilatçıları Rusiya Beynəlxalq İşlər Şurası (RİAC) və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.
Birinci plenar iclasda Rusiya və Azərbaycan deputatlarının, Xarici İşlər Nazirliklərinin nümayəndələri və digər rəsmi şəxslərin çıxışları nəzərdə tutulub.
Daha sonra iki dövlətin ekspert icmalarının nümayəndələri “Chatham House” formatında çıxış edəcəklər.
Bizim.Media