Fransanın xarici işlər naziri Katrin Kolonna bu ölkənin daha iki vətəndaşının İranda həbsdə olunduğu ehtimalını və ümumilikdə İranda həbsdə olan Fransa vətəndaşlarının ümumi sayının 7 nəfərə çatdığını açıqlayıb.
“Reuters” xəbər ajansının məlumatına görə, fransalı nazir saxlanılan digər iki vətəndaşla bağlı narahatlığını ifadə edərək, “Biz ziddiyyətli məlumatları yoxlamağa çalışırıq”,- deyib.
Figaro qəzeti sözügedən iki vətəndaşın İranda etiraz nümayişlərinin başlamasından öncə həbs olunduqlarını yazıb.
Bizim.Media