Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar gedir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, Rusiya tərəfdən Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edir. Danışıqların təfərrüatları və məqsədi hələlik məlum deyil.
Bizim.Media