Misirdə avtobus su kanalına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sürətlə hərəkət edən avtobus yoldan çıxaraq su kanalına düşüb. Qəza nəticəsində 20 nəfər həlak olub, 6 sərnişin isə yaralanıb.Yaralananlar vilayət xəstəxanasına çatdırılıb.
Kanala düşən 13 nəfər xilas edilib.
Qeyd edək ki, avtobusda 35 sərnişin olub.
Bizim.Media