“İran rejiminin cinayətlərinin araşdırılması üçün BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyasının çağırılması planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Twitter”də yayımladığı həftəlik videomüraciətində bildirib.
Onun sözlərinə görə, İran BMT-nin üzvüdür və üzərinə insan hüquqlarının qorunması öhdəliyi götürüb.
“Rəsmi Berlin İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) və siyasi rəhbərliyə təzyiqləri artırmaqda davam edəcək”,-deyə Şolts bildirib.
Bizim.Media