Bu gün səhər saatlarında Türkiyənin İzmir şəhərində zəlzələ baş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeraltı təkanlar Karaburun rayonunda 5.1 bal gücündə qeydə alınıb.
Məlumata görə, ard-arda bir neçə zəlzələ olub. Birinci təkanlar 4.1, daha sonra 2.9, 5.1 və 4.8 bal gücündə baş verib.
İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media