Ekvador prezidenti Lenin Morenonun olduğu təyyarə Vaşinqtondan qayıdarkən səmaya qalxdıqdan az sonra təcili eniş edib.
Bizim.Media “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu barədə Ekvador prezidentinin İctimaiyyətlə əlaqələr üzrə katibliyi xəbər yayıb.
Məlumata görə, təcili enişə səbəb texniki nasazlıq olub.
“Prezident Lenin Moreno və bütün sərnişinlər qaydasındadır və yaxın bir neçə saatda Ekvadora qayıdacaqlar”,- deyə məlumatda bildirilir.
Bizim.Media