"Bu gün saat 12:00-dan etibarən taxıl dəhlizinin fəaliyyəti tam şəkildə bərpa olunub".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək bildirib" - deyə ölkə başçısı qeyd edib.
Ərdoğan əlavə edib ki, o, Rusiya lideri Vladimir Putinlə taxıl dəhlizi vasitəsi ilə ilk öncə kasıb ölkələrə, Somali, Cibuti və Sudana taxıl göndəriləcəyinə dair razılaşıb.
Bizim.Media