650 minə yaxın ev fiber-optik internetlə təmin olunub - FOTO

Ölkə ərazisində 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, optik kabel texnologiyasının son trendi hesab edilən GPON ənənəvi mis kabel xətləri olmadan yüksəksürətli məlumat ötürülməsinə və hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət göstərilməsinə imkan yaradır.

Azərbaycanda bu texnologiya ilə fiber-optik şəbəkənin qurulması ilk dəfə 2017-ci ildə başlanılsa da, 2021-ci ildən etibarən daha geniş miqyasda tətbiq edilir.

Belə ki, 2017-2020-ci illərdə qurulmuş fiber-optik şəbəkənin əhatə etdiyi ev təsərrüfatlarının sayı 227 min olub. Ancaq təkcə 2021-2022-ci il ərzində 422 min ev təsərrüfatı üçün fiber-optik şəbəkə qurulub. Ümumilikdə, indiyə kimi ölkə ərazisində 649 min ev təsərrüfatı fiber-optik internetlə təmin edilib.

Ölkə ərazisində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.

Bu layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

Layihənin əsas operatoru olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir.

Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Qeyd edək ki, regionlarda görülən işlərin tərkib hissəsi olaraq, işğaldan azad olunmuş ərazilərdə öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımız üçün sabit telefon şəbəkəsi və sürətli internet xidməti təmin edilir.
Bununla yanaşı, əhali təchiz edilmiş sürətli internet vasitəsilə artıq ən ucqar kəndlərdə də rəqəmsal imkanlardan yararlana bilir. İndi məktəblilər Lahıc, Xınalıq kimi ucqar dağ kəndlərində belə asanlıqla fiber-optik internetlə onlayn təhsil almaq imkanı əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Şəhid övladı VƏFAT ETDİ

Şəhid övladı VƏFAT ETDİ

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Tiktoker "Murad Sadə" həbs edildi

Tiktoker "Murad Sadə" həbs edildi

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO