“Son günlər İranın Rusiyanı müharibədə dəstəklədiyini görmüşük. Bu qəbuledilməzdir”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq İranın Rusiyaya hərbi dəstəyini şərh edərkən bildirib.
“Heç bir ölkə qanunsuz müharibədə təcavüzkara kömək etməməlidir. Ona görə də mən müttəfiqlərin və Avropa İttifaqının Tehrana qarşı güclü sanksiyalar tətbiq etməsini alqışlayıram”, - deyə NATO Baş katibi vurğulayıb.
Stoltenberq NATO-nun Ukraynadakı müharibədə iştirakçı olmadığını, lakin Ukraynaya dəstək göstərməyə davam edəcəklərini qeyd edib:
“Biz nə qədər lazımdırsa Ukraynanın fundamental özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcəyik”.
Bizim.Media