Ukraynanın Dnepr şəhərində baş verən partlayışın səbəbləri məlum olub.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezident ofisinin rəsmisi Kiril Timoşenko partlayışın axşam saatlarında Rusiya Ordusunun şəhərə raket zərbəsi endirməsi nəticəsində baş verdiyini bildirib.
Məlumata görə, raket yanacaqdoldurma məntəqəsinə düşüb.
Dnepr meri Boris Filatov isə raket hücumu nəticəsində iki nəfərin həlak olduğunu bildirib.
Bizim.Media
