“Rusiya və Ukrayna liderləri, Vladimir Putin və Vladimir Zelenski ilə yaxın günlərdə telefon danışığımız olacaq”.
Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
“Danışıq zamanı iki liderin Türkiyənin vasitəçiliyi ilə görüşünün təşkil olunmasının mümkün olub-olmaması müzakirə olunacaq. Vladimir Putin əvvəlki zamanla müqayisədə xeyli yumşaq mövqe nümayiş etdirir və danışıqlara açıqdır. Zelenskinin də məsələ ilə bağlı yanaşmasında bir problem yoxdur”.
Bizim.Media