Azərbaycan ATƏT-in missiya göndərmək qərarını rədd edir - Daimi Nümayəndəlik

ATƏT-in Sədrliyi və Katibliyinin birbaşa aidiyyəti tərəflərin - Azərbaycan və Ermənistanın əvvəlcədən razılığı olmadan belə bir missiya göndərmək səlahiyyəti və mandatı yoxdur. Bu məsələ ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr açıq şəkildə göstərir ki, iki ölkə sərhədinə belə bir “ehtiyacların qiymətləndirilməsi qrupu”nun göndərilməsi ilə bağlı təşkilat daxilində konsensus yoxdur. 

Bizim.Media xəbər verir ki, bu, Azərbaycanın ATƏT-dəki Nümayəndəliyinin adından ATƏT Daimi Şurasında təşkilatın 2023-cü illə bağlı büdcə müzakirələri zamanı yayılmış bəyanatda deyilir. 

“Katibliyin 19 oktyabr 2022-ci il tarixində guya ATƏT adından Ermənistana “ehtiyacların qiymətləndirilməsi qrupu”nun göndərilməsi ilə bağlı yaydığı bəyanat təşkilat daxilində şəffaflığın və hesabatlılığın təmin edilməsində Sədrlik və Katibliyin tamamilə uğursuz olduğunu nümayiş etdirir. 

Xatırladaq ki, ATƏT-in alətlər qutusunda ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası kontekstində işlənib hazırlanmış faktaraşdırıcı missiyalar da daxil olmaqla erkən xəbərdarlıq, münaqişələrin qarşısının alınması və böhranın idarə edilməsi üzrə bir sıra mexanizm və prosedurlar var.
Ən əsası odur ki, onlar kooperativ xarakter daşıyır, bu isə o deməkdir ki, onların aktivləşdirilməsi üçün bütün dövlətlərin razılığı, xüsusilə də konkret vəziyyətdə birbaşa aidiyyəti olan tərəflərin əvvəlcədən razılığı və fəal dəstəyi vacibdir. 

Bu, Azərbaycan hökumətinin tələbi ilə 2005-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə ATƏT-in faktaraşdırıcı missiyası və 2010-cu ildə Sahə Qiymətləndirmə Missiyasını göndərəndə belə olub. ATƏT bu missiyaları yalnız Azərbaycan və Ermənistan hər ikisi razılıq verdikdən sonra göndərməyə razılaşıb.

2020-ci ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı yenidən təcavüzündən əvvəl Azərbaycanın öz ərazilərinə göndərilməsini xahiş etdiyi Ehtiyacların Qiymətləndirilməsi Missiyası ATƏT tərəfindən heç vaxt Ermənistan tərəfindən razılaşmanın olmaması bəhanəsi ilə yerinə yetirilməyib. 
ATƏT və onun icra strukturları və təsisatları Azərbaycanın əvvəllər işğal olunmuş əraziləri ilə bağlı ATƏT-in prinsip və öhdəliklərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması hallarını aradan qaldıra bilməyiblər. Ermənistanın müqavimətinə görə, ATƏT-in Katibliyi və təsisatları ölkəmizin təklif etdiyi sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdən çəkinirdilər. 

ATƏT kontekstindən kənarda UNESCO-nun faktaraşdırıcı missiyasının Azərbaycan ərazilərinə səfərinin bu günə qədər baş tutmamasının yeganə səbəbi Ermənistanın etirazı və konsensus olmadığı halda UNESCO-nun missiya göndərməkdən imtina etməsidir. 

Belə ki, ATƏT-in Sədrliyi və Katibliyinin birbaşa aidiyyəti olan tərəflərin - Azərbaycan və Ermənistanın əvvəlcədən razılığı olmadan belə bir missiya göndərmək səlahiyyəti və mandatı yoxdur. Bu məsələ ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr açıq şəkildə göstərir ki, iki ölkə sərhədinə belə bir “ehtiyacların qiymətləndirilməsi qrupu”nun göndərilməsi ilə bağlı təşkilat daxilində konsensus yoxdur.
Görünən odur ki, Polşa sədrliyi iştirakçı dövlətlərin bütün rəylərinin nəzərə alınmasını təmin edə bilməyib. Müzakirələrin hələ də davam etdiyi bir vaxtda belə bir səfərin Azərbaycanla əvvəlcədən məsləhətləşmədən və xəbərdarlıq edilmədən elan edilməsi xüsusilə təəssüf doğurur”, - bəyanatda qeyd olunub. 

Bildirilib ki, ATƏT-in Sədrliyi və Katibliyinin bu cür birtərəfli hərəkəti həm də məsuliyyətli və etibarlı vasitəçiliyə, eyni zamanda, etimadın yaradılması prinsipinə ziddir: “Bu təşəbbüs ATƏT-in mandatlı fəaliyyəti hesab edilə bilməz və olmayacaq. ATƏT-in heç bir vəsaiti və aktivi belə qeyri-konsensual fəaliyyət üçün istifadə olunmayacaq. Azərbaycan bu birtərəfli qərarı rədd edir və bir neçə iştirakçı dövlətdən olan bir qrup şəxslə əməkdaşlıq etməyəcək və bu şəxsi səfərin nəticələrini qəbul etməyəcək. 

Azərbaycan Nümayəndəliyi xatırladır ki, ATƏT-in Prosessual Qaydalarına uyğun olaraq yalnız ATƏT-in qərar qəbul edən orqanları tərəfindən təsdiqlənmiş qərarlar, bəyanatlar, bəyannamələr, hesabatlar, məktublar və ya digər sənədlər ATƏT-in qərarları və ya sənədləri adlandırıla bilər. Yalnız onlar bütün iştirakçı dövlətlərin razılaşdırılmış fikirlərini əks etdirir və bütün iştirakçı dövlətlər üçün siyasi məcburi xarakter daşıyır. ATƏT-in qərar qəbul edən orqanlarının sədrləri və ya ATƏT-in icra strukturları tərəfindən verilən sənədlər ATƏT sənədləri sayılmır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTO

Argentina-İngiltərə oyununda ŞOK OLAY: Rəqib qapıçının su qabına yazılanlar ƏLƏ KEÇDİ - FOTO

Flora Kərimova ilə bağlı üzücü xəbər

Flora Kərimova ilə bağlı üzücü xəbər

Arzumun məhkəməsi BAŞLAYIR

Arzumun məhkəməsi BAŞLAYIR

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu

Nağı Nağıyevə yüksək vəzifə verildi

Nağı Nağıyevə yüksək vəzifə verildi

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Neftin qiyməti 200 dollara kimi arta bilər - KRİTİK PROQNOZ

Neftin qiyməti 200 dollara kimi arta bilər - KRİTİK PROQNOZ

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO

Rusiyada bu şəxslərə növbədənkənar benzin veriləcək

Rusiyada bu şəxslərə növbədənkənar benzin veriləcək

Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə edəcək

Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə edəcək

Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

Hikmət Hacıyevin Pakistan televiziyasına MÜSAHİBƏSİ – Qardaş ölkə ilə bağlı MÜHÜM MESAJLAR – VİDEO

Hikmət Hacıyevin Pakistan televiziyasına MÜSAHİBƏSİ – Qardaş ölkə ilə bağlı MÜHÜM MESAJLAR – VİDEO

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda bir qığılcımla ağacı alov bürüyüb - Video

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-ə çatır - FAKTİKİ HAVA

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Müdafiə nazirinin istefasından sonra Ukraynada kütləvi etiraz aksiyaları BAŞLADI – VİDEO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Bilgəhdə 23 yaşlı kişi dənizdə BATDI

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO

İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi – FOTO - VİDEO

İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi – FOTO - VİDEO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Starmer Kiyevə gəldi – Ukraynaya 4 milyardlıq yardım GÜNDƏMDƏ

Starmer Kiyevə gəldi – Ukraynaya 4 milyardlıq yardım GÜNDƏMDƏ

Trampdan İlham Əliyevin Şuşadakı çıxışı ilə bağlı PAYLAŞIM – FOTO

Trampdan İlham Əliyevin Şuşadakı çıxışı ilə bağlı PAYLAŞIM – FOTO

End of content

No more pages to load

RADİO