Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda AFAD (Fəlakət və Fövqəladə Halların İdarəsi Nazirliyi) məlumat yayıb.
Məlumata görə, Pazarcıkda yerli saatla 20:14-də 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 5,28 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Bizim.Media