“Bir ay ərzində Ukrayna ordusu İran istehsalı olan 233 ədəd “Şahed” pilotsuz uçuş aparatını məhv edib”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
“Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsalı insansız uçan aparat məhv edilib. Daha 11 ədəd “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri tərəfindən vurulub” - deyə, o bildirib.
Dövlət başçısının sözlərinə görə, oktyabrın 19-da Rusiya hərbçiləri öz zərbələri ilə Ukraynada üç enerji infrastrukturu obyektini məhv ediblər.
Bizim.Media