Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Türkiyə Prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib. O, həmçinin Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığına görə Zelenskiyə təşəkkür edib.
Bizim.Media