İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Kiyevin tələb etdiyi kimi Ukraynaya silah sistemləri verməyəcəyini deyib.
Bizim.Media xəbər verir ki, Qantz bu haqda Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşündə qeyd edib.
“Ukrayna ilə bağlı siyasətimiz dəyişməyib. Biz Qərbin tərəfindəyik, lakin Ukraynaya silah sistemləri verməyəcəyik. Ukraynalılardan ehtiyacları ilə bağlı məlumat istədik və həyat qurtaran erkən xəbərdarlıq sistemini təmin etmək üçün yardımımızı təklif etdik”, -deyə Qantz vurğulayıb.
Bizim.Media