"Ukraynanın 4 vilayətində - Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak şəxsi “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hərbi vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb:
"Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”.
Bizim.Media