İşğaldan azad edilən və ediləcək rayonlarda yeni 110 kV-luq yarımstansiyalar tikiləcək.
Bizim.Media-ya “Azərenerji” ASC -dən verilən məlumata görə elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işi tamamlamaq üzrədir.
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiya tikiləcək. Onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.
Paralel olaraq “Azərişıq” ASC-də 35 kV-luq yarımstansiyaların tikilməsi ilə əlaqədar layihələndirmə aparılır. Şəhərsalma işləri görülən zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması da planlaşdırılır.
Bizim.Media