DSMF Samuxda “Açıq qapı günü”x9d-vətəndaş forumu keçirib

Dövlət Sosial  Müdafiə Fondu Samuxda regional “Açıq qapı günü”x9d-vətəndaş forumu keçirib. 

Ölkə Prezidenti İlham Əliyevin reallaşdırdığı sürətli islahatlar nəticəsində Azərbaycanda iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Moderator.az -a verilən məlumata görə, bu barədə sentyabrın 29-da Dövlət Sosial Müdafiə Fondunun Samuxda keçirdiyi “Açıq qapı günü”x9d-vətəndaş forumunda məlumat verilib. “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır”x9d adlı regional tədbirdə Samux, Göygöl, Kəlbəcər və Daşkəsən rayonlarının  sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib. Qeyd edək ki, bölgələrdə belə forumlar “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”x9dna uyğun olaraq təşkil edilir.

Forumu giriş sözü ilə açan Fondun şöbə müdiri Famil Qədimov bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sisteminin  formalaşdırıldığını diqqətə çatdırıb.

İştirakçların çoxsaylı suallarının cavablandırılması ilə davam etdirilən müzakirələrin gedişində bildirilib ki, hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir.  Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir.

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Azəri Məmmədov  qurumun əhaliyə göstərdiyi elektron xidmətlər barədə məlumat verərək, qeyd edib ki, “Elektron hökumət”x9d portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 8 ayı ərzində Fondun öz saytı, “Elektron Hökumət”x9d portalı və “Hökumət ödəniş portalı”x9d vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır. Bu günlərdə isə Dövlət Sosial Müdafiə Fondu  növbəti ”“ “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”x9d, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması”x9d və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu”x9d elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib. Bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlər interaktiv olmaqla yanaşı xidmətlərdən istifadə ödənişsizdir və onlardan istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı, vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Təqdimatla çıxış edən DSMF-nin əməkdaşı Nahid Qasımov Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunanın özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malik olduğunu diqqətə çatdırıb. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət”x9d portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi”x9d adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Tədbirdə o da qeyd olunub ki, 2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib.

Diskussiyalarla davam etdirilən vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

XVII əsrə aid əfsanəvi bağ bərpa edildi

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Kriştiano Ronaldonun sevgilisi bu jurnalın üz qabığında - FOTO

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Alimlər İsa peyğəmbərin yaşadığına dair yeni sübutlar tapıblar

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Trampın nazirləri niyə kütləvi şəkildə kələm turşusuna keçiblər?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

TikTok-da yayılan yeni "qəribə" TREND

TikTok-da yayılan yeni "qəribə" TREND

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Dünyanın ilk Süni İntellekt rəsm muzeyi açıldı: Bu, həqiqi sənətdir?

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

Abbasqulu ağa Bakıxanovun anadan olmasından 232 il ötür

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

İvanka Tramp pərəstişkarlarını heyran qoydu - FOTO

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Fransada anomal istilər: Temperatur 40 dərəcəni keçdi

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

End of content

No more pages to load

RADİO