Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov təhsil naziri Mikayıl Cabbarovun müəllimlərin sentyabr konfransındakı çıxışında təmayül məktəbləri ilə bağlı səsləndiryii fikirlərə məmnunluğunu Moderator.az oxucuları üçün bölüşüb:
"Sentyabrın 14 - də Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı”x9d keçirildi.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışdı. Nazir təhsilin bütün ağrılı nöqtələrinə toxundu və “nə etmişik?”x9d yox, ən çox “nə etməliyik?”x9d sualı ətrafında çıxış etdi. Cənab nazir valideyn - məktəb münasibətlərinin əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin önəmini qeyd edib və təmayüllü məktəblərin yaranmasından söz açdı. xa0
Bir zamanlar təhsildə olan kompleks qüsurları araşdıraraq belə nəticəyə gəlmişdim ki, yüz il öncə Məhəmməd Hadinin “Əl məktəbü, əl məktəbü, ey millət, amandır”x9d çağrışı (əslində fəryadı) hələ dərk olunmayıb. Çünki bu sahənin çox yerlərində şəxsi mənafe ictimai mənafeni üstələyir. Mikayıl Cabbarovu dinlədikdən sonra düşündüm ki, cənab nazir üçün təhsil dərk olunmuş həqiqətdir. Buna isə mən çox sevindim. Çünki məşhur bir kəlamda deyilir ki, problemin həllinin yarısı onun qəbul edilməsindədir. Özündən əvvəlkilərdən fərqli olaraq cənab nazir problemlərin varlığını qəbul edir və problemlərin üzərinə gedəcəyini bəyan edir. Həllin digər yarısı isə düzgün qərarlar qəbul edilməsindən asılıdır. Bu da birbaşa təhsillə, dolaysı ilə kadr seçimi ilə bağlıdır. Savadlı, təhsilli insanlar daha düzgün qərarlar qəbul edirlər. Yəni Azərbaycanın inkişafı savadlı, işin bilən və sevən kadrlardan asılıdır. Belə kadrlara ehtiyac böyükdür. xa0PA rəhbəri Ramiz Mehdiyevin “Ölkədə ixtisaslı kadr yoxdur. Savadlı hüquqşünas tapa bilmirik. Sanballı elmi əsərlər yazılmır”x9d - fikirləri də dediyimizi təsdiqləyir.
Tədrisin təmayüllər üzrə aparılmasının ölkəmizin gələcəyi üçün görünməyən sehrli tərəfindən söz açmaq istəyirəm.xa0
Müasir dünyagörüşə görə həyatın mənası nəsli artırmaq, məqsədi isə xoşbəxt yaşamaqdır. Ancaq həyatda hər kəs xoşbəxt yaşaya bilmir. İnsan xoşbəxt olur o zaman ki, ürəyincə olan işlə, sənətlə məşğul olur. Bu işin qarşıında duran ən böyük maneə gəncləri zorən ali məktəblərdə ürəyincə olmayan, xoşlamadığı ixtisaslara yerləşdirməkdir. Gənclər xoşlamadığı ixtisaları öyrənmirlər, vaxtlarını, enerjilərini biliyə çevirmirlər, sinifdə mürgülüyürlər. Nəticədə universitet illəri səmərəsiz keçir, gənclik aktiv yox, passiv kütləyə çevrilir: pis həkim olur, pis müəllim olur, pis alim olur”¦Gənclərin zorən universitetlərə yerləşdirilməsi bir tərəfdən onların tənbəlləşdirir, digər tərəfdən gənclərin xoşbəxtliyini əldən alır. Hesab edirəm ki, gənclərin təhsil müəssisələrinə yerləşdirməkdən imtina edilməlidir. Belə olanda gənclər sevdikləri ixtisası öyrənməkdən, oxumaqdan yorulmazlar və tənbəl olmazlar. Bir el misalında deyilir ki, çörəyini əli ilə qazanan fəhlədir; çörəyini əli və ağlı ilə qazanan ustadır; çörəyini əli, aglı və ürəyi ilə qazanan ustaddır. xa0Çalışmaq lazımdır ki, gənclərimizin ustadlığa (ali səviyəyə) gedən yolu açıq olsun. Bunun üçün ürək işə qoşulmalıdır. Bütün ustaddlar xöşbəxtdirlər. Ürək o zaman işə qoşulur ki, gənc sevdiyi sənəti, ixtisası öyrənir.xa0
Təhsilin təmayüllər üzrə aparılmasının hikməti böyükdür, inkişaf üçün münbit mühit yaradır, böyük perspektivlər açır. Bu istiqamətdə işləri uğurla başa vurmaq üçün universitetlər giriş qapılarıni geniş, çıxış qapılarını dar açmalıdırlar. Belə olan halda nəinki fərdi, hətta milli xoşbəxtliyi təmin etmək mümkün olar. Səhər işə, axşam evə tələsən adam xöşbəxdir. Milləti bu halətə gətirmək mümkündür. Valideynlərə də sözüm var. Əziz valideyinlər, çalışın ki, övladlarınız sevdiyi ixtisalarda təhsil alsınlar."