İşçisindən Ramiz Həsənova şikayət...

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində işləyən yüksək çinli bir məmur haqqında Moderator.az - a məktub daxil olub. 

Məktub müəllifləri adıçəkilən komitənin sədri Ramiz Həsənova müraciət edərək səlahiyyətlərindən istifadə etməklə tabeçiliyində olan məmura təsir etmək xahişində bulunublar. 

Qeyd edək ki, müraciət müəllifləri 8 nəfərdən ibarət tikinti işiylə məşğul olan briqada üzvləri olduğunu bildirirlər və iddia edirlər ki, həmin məmurun (Qeyd edək ki, məsələni araşdırmaq üçün saytın əməkdaşı bir neçə dəfə həmin məmurla telefonla danışıb və hətta tikintisi başa çatmaqda olan bağ evində də olaraq görülən işlərin həcmi ilə maraqlanıb. Amma bu barədə məlumatların ictimailəşdirilməsinə hələlik zərurət olmadığı qənaətindəyik) dəbdəbəli bağ evində işləyiblər, ilkin mərhələdə məvaciblərini vaxtlı - vaxtında alsalar da işin sonuna yaxın ev sahibi işçilərə çatacaq pulun verilməsini əvvəlcə bir müddət yubadıb, sonradan isə ümumiyyətlə onu verməkdən imtina edib. Çoxsaylı üzbəüz söhbətlərin və telefon zənglərinin problemin həllinə kömək etmədiyini görən şikayətçilər hələ avqust ayında Moderator.az - a üz tutublar.

Biz komitə sədri Ramiz Həsənovun ölkənin iriçaplı məmur kontingenti içərisində heç bir hakimiyyətdaxili intriqalarda və çeşidli korrupsiya qalmaqallarında adı hallanmayanların ən önündə gələnlərindən olduğunu nəzərə alaraq ona ünvanlanan müraciəti ictimailəşdirmədən həllinə nail olmaq istədik. Amma təşəbbüslərimiz nəticəsiz qaldı və komitə sədrinin özü ilə görüşmək mümkün olmasa da problemin onun diqqətinə çatdırıldığıyla bağlı yenə də adını çəkməyə lüzum görmədiyimiz yüksək səlahiyyətli komitə rəsmisi bizə söz versə də bir yenilik olmadı. 

Ona görə də mətbuat vasitəsilə Ramiz Həsənova olan hüsn - rəğbətimizə güvənərək ondan əli qabarlı işçilərin halalca zəhmət haqlarının ödənilməsi üçün məsələyə müdaxilə etməsini xahiş edirik. Ümid edirik ki, yaxınlaşan Müqəddəs Qurban Bayramı ərəfəsində hörmətli komitə sədrinin müdaxiləsi bir neçə əli qabarlı soydaşımızın ailəsinə əsl bayram hədiyyəsi olacaq.

Mövzunu diqqətdə saxlayacağıq və çox böyük ümidlə problemin çözüləcəyini gözləyirik...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Sabah çimərliklərdə hava küləkli olacaq

Sabah çimərliklərdə hava küləkli olacaq

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Suriyada özbək döyüşçü qətlə yetirildi

Suriyada özbək döyüşçü qətlə yetirildi

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

End of content

No more pages to load

RADİO