ABŞ ştat qanunvericilərindən Azərbaycana böyük dəstək - FOTO

ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council ”“ ALEC) tərəfindən Azərbaycanın strateji önəmini və sürətli inkişafını vurğulayan geniş qətnamə qəbul edilib.

Azərbaycanın Los Ancelsdəki Baş Konsulluğundan Moderator.az-a verilən məlumata görə, 1973-cü ildə yaradılımış ALEC, ABŞ ştat qanunvericilərinin ən böyük təşkilatıdır.

Qətnamənin layihəsi ilk dəfə bu ilin iyul ayının 23-də Kaliforniyanın San Dieqo şəhərində keçirilən ALEC-in illik yığıncağında müzakirəyə çıxarılıb. Həmin tədbirə dəvət olunan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ALEC-in beynəlxalq əlaqələr komitəsinin qanunverici üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib.

Təqdimatdan sonra qətnamə layihəsi səsə qoyularaq, yekdilliklə qəbul edilib. Sentyabr ayının 4-də ALEC-in İdarə Heyətinin üzvləri sözügedən qətnaməni təsdiq etdikdən sonra, qətnamə qüvvəyə minib. ALEC təşkilatı qətnaməni bütün üzvlərinə göndərərək, müvafiq ştat qanunvericilik orqanlarında da bu qətnamənin qəbulunu tövsiyyə edib.

Qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanaraq, ABŞ Hökumətinin ölkəmizlə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu qeyd olunur. Vurğulanır ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.

Qətnamənin ən böyük maraq kəsb edən hissəsi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Sənəddə vurğulanır ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.

Həmçinin bildirilir ki, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan, ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşmüşdür. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu qeyd edilərək, ölkəmizin dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir.

Qeyd edilir ki, öz geniş neft-qaz resursları ilə Azərbaycan ABŞ-ın, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir. Habelə, sənəddə 11 sentyabr terror hadisələrundən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ ilə yaxından əməkdaşlıq etdiyi bildirilərək, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40%-nin çatdırılması üçün şərait yaratdığı bildirilir. Həmçinin, sənəddə Azərbaycanın qədim tolerantlıq ənənələri təqdir edilir.


Qeyd edək ki, ABŞ-ın siyasi həyatında yüksək nüfuzu ilə seçilən ALEC-in sözügedən illik yığıncağında ABŞ prezidentliyinə bir sıra namizədlər çıxış edərək, öz seçki platformalarını təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Sabah çimərliklərdə hava küləkli olacaq

Sabah çimərliklərdə hava küləkli olacaq

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Suriyada özbək döyüşçü qətlə yetirildi

Suriyada özbək döyüşçü qətlə yetirildi

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

End of content

No more pages to load

RADİO