Ziyafət Əsgərov: “ Avropa Parlamentində bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb"
Moderator.az xa0xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzli fikirlərdir.
xa0Z.Əsgərov deyib ki, Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: “Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar”x9d.
Ziyafət Əsgərov Milli Məclisdə olan KİV nümayəndələrinə də müraciət etdi: “Burada onlarla jurnalist var, indiyədək hansınıza deyilib ki, bunu yazmayıb, onu yazın? Əgər belə bir hal olsaydı, hər halda bu deyilərdi. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatlar hazırlayıb. Sual olunur, axı siz nə bilirsiniz, seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz”x9d.xa0
Avropada yaranmış miqrant böhranı və Ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z.Əsgərov bəyan edib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: “Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürüsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur”x9d.