5 sentyabr tarixində bir çox mətbu orqanlarda Şəkidə baş vermiş bədbəxt hadisə barədə informasiya yayıldı.xa0
Yayılan xəbərdə bildirilirdi ki, 1995 - ci il təvəllüdlü Zəkəryayev Sadiq və Əhmədov Röyal süni göldə boğularaq dünyalarını dəyişiblər.xa0
Moderator.az - a daxil olan dəqiq məlumatda isə bildirilir ki, hadisə deyildiyi kimi süni göldə baş verməyib. Əslində hər iki gənc Şəkinin icra başçısı Elxan Usubova aid olan bağda işləyən zaman hovuza düşərək ölüb. Mənbənin verdiyi xəbərdə bildirilir ki, Elxan Usubova aid olan meyvə bağında 300 tonluq su hovuzu xa0mövcuddur. İcra başçısı bu hovuzdan bağdakı meyvə ağaclarının suvarılması üçün istifadə edir. Bu meyvələr də öz növbəsində bazara çıxarılaraq satılırdı. Yəni qeyd olunan bağ icra başçısının mülküdür və o, bu bağdan biznes maraqları üçün istifadə edirmiş. Gənclər də əmək xa0haqqı alaraq bu bağda işləyirlərmiş.xa0
Qeyd edək ki, Moderator.az - ın əməkdaşı mərhumlardan birinin yas mərasimində iştirak edib və bu barədə adının çəkilməsini istəməyən mötəbər mənbədən bununla bağlı məlumat alıb.
Materialda adı çəkilən qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.