Badamdar qəsəbəsində yol - nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın verdiyi xəbərə görə, qəsəbənin mərkəzi yolunda 4 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari qəzada xəsarət alan olmasa da maşınlara ziyan dəyib.
İlkin ehtimallara görə hadisəni "Mersedes" markalı sərnişin avtobusu törədib. Hadisə şahidlərinin bildirdiyinə görə, Mersedes qəflətən yolun hərəkət hissəsində dayanmış "Nissan" markalı maşına arxadan çırpılıb. Nissan da öz növbəsində kənarda olan "Lexus" və "Volkswagen" maşınlarına dəyib.
Xəyal Əzizov