AMEA Tofiq Hacıyevlə bağlı Dilçilik İnstitutu ilə dil tapacaqmı...?

AMEA-nın Dilçilik Institutunun yay məzuniyyətindən qayıdan aparıcı əməkdaşları akademik Tofiq Hacıyevin direktor vəzifəsindən istefa verməsi xəbərini çaşqınlıqla qarşılayıblar. Düzdür, ötən həftə akademiyanın mətbuat xidməti T.Hacıyevin istefasının hələ qəbul olunmadığı barədə məlumat yayıb. Amma bununla yanaşı institut əməkdaşlarının əksəriyyəti hamının istirahətdə olduğu bir vaxtda bu elm ocağında baş verənləri “müəmma”x9d kimi qiymətləndirir. 

İnstitutun bu fikri bölüşən əməkdaşlarından biri, “Dil tarixi və dialektologiya”x9d şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva əməkdaşımıza aşağıdakıları bildirib:

”“Bir ildən çoxdur ki, institutda Azərbaycan dilçiliyini inkişaf etdirməklə bağlı ölkə prezidentinin sərəncamı ilə qəbul olunmuş “Dövlət Proqramı”x9dnı həyata keçirmək üçün gərgin işlər gedir. Dil tarixi ilə bağlı tədqiqatlar dərinləşib, transliterasiya lüğəti hazırlanıb, yeni orfoqrafiya lüğəti üzərində iş başlanıb, KİV-də, küçə adlarında, reklam və afişalarda ədəbi dil normalarına necə əməl olunması ilə bağlı davamlı monitorinqlər aparılır. Qısa müddətdə ortaya “Naxçıvan dialektoloji atlası”x9d kimi fundamental tədqiqat əsəri çıxarılıb, institutda struktur dəyişikliyinə start verilib. Mən hələ ali məktəblərdə çalışan görkəmli dilçi alimlərin institutdakı tədqiqatlara cəlb olunmasını demirəm. İndi bu işlərin intensiv şəkil aldığı bir vaxtda prosesləri məharətlə yönəldən direktor Tofiq Hacıyev istefa verir. İstər-istəməz sual doğur ki, bu addım niyə baş verir, akademiki bu işə kimlər və hansı səbəblər sövq edir?
Alimin fikrincə, əslində çox adam institutla bağlı gedən səhnəarxası oyunların mahiyyətindən xəbərdardır, kimin harda su bulandırması, kimin kimi müdafiə etməsi yaxşı bilinir. Bu gün cürbəcür saytlara anonim və qərəzli materiallar ötürən, cəfəngiyyatlar uyduran, visdanlı alimlərə böhtan atan, institutda görülən böyük işləri və T.Hacıyevin fəaliyyətini gözdən salmağa çalışan, hətta onun elmi şöhrətini belə qısqanan adamlar öz xislətlərini aşkarca büruzə verirlər. 
Professor S. Mehdiyeva onu da əlavə edib ki, uzun illər idi ki, Dilçilik İnstitutunda da kök salmış süni intriqalar normal elmi fəaliyyətlə məşğul olmağa imkan vermirdi. Sanki daim gizli bir əl bu qarşıdurmaları idarə edirdi. Tofiq Hacıyev qısa müddətdə bu intriqa ocaqlarını söndürməklə və hər kəsi öz yerində oturtmaqla əlverişli iş şəraiti yaratmışdı. İndi düşünürəm ki, hörmətli akademikin istefası təkcə başlanmış möhtəşəm işləri yarıda qoymayacaq, həm də qorxuruq ki, səngimiş münaqişə ocaqlarını oyadacaq. Ona görə də mən hesab edirəm ki, Azərbaycan dilçilik elmi və dilçiliyimizin inkişafı naminə Tofiq müəllim istefa ərizəsini geri götürməli, onu sevən kollektivə qayıtmalıdır. Başlanmış böyük işləri davam etdirmək üçün onun elmi biliyi, zəngin təcrübəsi və şəxsi  nüfuzu bu kollektiv üçün çox lazımdır. Bəlkə çoxları bunu yaxşı anlamır, amma bilmək lazımdır ki, bu gün dilçilik elmimizdə xüsusi yeri olan akademik Tofiq Hacıyev miqyasda alimlər barmaqla sayılası qədər azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO