Qənirə Paşayeva Göynükdə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Q.Paşayeva qədim Göynükdə Qarabağ həqiqətlərindən danışıb.

Moderator.az xəbər verir ki, Q. Paşayevanın qədim Göynükdə Qarabağ parkı, Azərbaycan küçəsi təklifinə bələdiyyə başqanı qısa zamanda açacağıq deyib.
 Azərbaycanın umummimilli lideri Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir deyən millət vəkili Qənirə Paşayeva Göynük bələdiyyə başqanı Kamal Kazanla  gorüş zamanı Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək, Akşemseddin başda olmaqla bir çox tarixi şəxsiyyətlərimizə qucaq açmış qədim  Göynüklə Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq  görmək  istədiklərini  bildirib. Göynükdə uzun illər əvvəl Azərbaycandan köçüb gəlmiş insanların da yaşadığını deyən Göynük bələdiyyə başqanı Kamal Kazan Şəkidə eyni adlı bölgə ilə Baş Göynüklə qardaşlaşmaq istədiklərini bildirib və millət vəkili Qənirə Paşayevanın da bu məsələdə dəstək verəcəyinə inandığını deyib. Millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə  Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb və yaxın zamanlarda  Göynükün  mərkəzi  parklarından birinə  Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə Azərbaycan adının veriləcəyinə  inandığını deyib və  Göynük  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Şəmdinlidə terrorçular tərəfindən şəhid edilən Göynük sakini Uzman Çavuş Ziya Sarpkaya da daxil olmaqla bütün şəhidlərimizi rəhmətlə anırıq deyib. Millət vəkili bələdiyyə başqanına Azərbaycanla bağlı, Azərbaycan-Türkiyə münasibətlərinin bu günkü surətli inkişafı ilə bağlı geniş məlumatlar verib və fikir mübadiləsi aparılıb.  Azərbaycanı sevdiyini deyən Göynük bələdiyyə başqanı Kamal Kazan  Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Göynük   bələdiyyəsinə  rəhbərliyi dövründə  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi,  Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən  Göynük   bələdiyyə başqanı Kamal Kazan  hər zaman qardaş  Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın  Göynükdə  Qarabağ  adını daşıyan parkın, Azərbaycan adına küçənin verilməsi təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”x9d kitabını təqdim edən Qınirə Paşayeva kitabın yaxın günlərdə oxucuların ixtiyarına veriləcək 2-ci hissəsində  qədim Göynükün də  xüsusi yer tutduğunu deyərək Azərbaycan insanına  Göynükü  daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib.  Millət vəkili  Göynük  bələdiyyəsi  başqanı Kamal Kazanı  və xanımını  Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə  dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən   Göynük  bələdiyyə başqanı Kamal Kazan Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini   deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Göynük  bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”x9d, “Karabağ hikayeleri”x9d kitablarını , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri”x9d filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündəəks etdirən kitablar, filmlər hədiyyə edib.  Millət vəkili Göynükə səfəri çərçivəsində bğlgənin ziyalıları, qeyri-hökumət təşkilatları, fəal xanımları ilə də görüşərək geniş fikir mübadiləsi aparıb.  Millət vəkili Göynük ziyarəti zamanı iyul ayının sonunda Şemdinlide 29 iyulda terrorçular tərəfindən şəhid edilən əslən Göynüklü Uzman Çavuş Ziya Sarpkayanın ailəsini də ziyarət edib, başsağlığı verib, Allahdan şəhidə rəhmət, ailəsinə böyük səbr diləyib. Terroru hamımız birlikdə lənətləyirik deyən millət vəkili Qənirə Paşayeva inşallah bu cinayətləri törədənlər, gənc insanların xəyallarını yarıda, analarını, övladlarını, ailələrini gözüyaşlı qoyanlar layiq olduqları cəzaları alacaqlar deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Erməni kəşfiyyatçı saxlanıldı

Erməni kəşfiyyatçı saxlanıldı

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

İçərişəhərin Qala divarları üçün yarım milyon XƏRCLƏNƏCƏK

İçərişəhərin Qala divarları üçün yarım milyon XƏRCLƏNƏCƏK

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

Azərbaycanda səfərdə olan Baş nazir: Bizim problemimiz var...

Azərbaycanda səfərdə olan Baş nazir: Bizim problemimiz var...

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda DƏYİŞİKLİK edildi

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda DƏYİŞİKLİK edildi

Prezident: “Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq” - VİDEO

Prezident: “Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq” - VİDEO

End of content

No more pages to load

RADİO