İraqda tormozu xarab olan sementdaşıyan maşın 35 avtomobili əzib.
Bizim.Media bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, Kərkükdə 170 km/saat sürətlə hərəkət edən yük maşını tormozun imtina etməsi nəticəsində idarəetməni itirib, təxminən bir kilometr yol qət edərək azı 35 avtomobilə zərər vurub.
Hadisə nəticəsində ən azı altı nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.
Qurbanlar arasında ikiyaşlı qız uşağı və onun 35 yaşlı anası, həmçinin bir neçə qadın var.
Bizim.Media