Zəfər yanğısına bürünən Şəhidlər Xiyabanı - Xarı bülbül qərənfili təsəlli edir... Fotoreportaj

1990-cı ilin 20 Yanvar hadisələrindən 31 il keçir. Bu faciə Azərbaycan tarixinə insanlığa qarşı dəhşətli terror kimi həkk olunub. Bu gün, həm də yenilməz iradəmizin qəhrəmanlıq səhifəsidir. 

44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizlə yanaşı Azərbaycanın müstəqilliyi uğrunda 31 il əvvəl qanları və canları ilə tarix yazan 20 yanvar şəhidlərinin əziz xatirələri yad edilir.

Havanın soyuq və yağışlı olmasına baxmayaraq, insanlar xiyabana axın edir...

Xiyabanın girişində və bir neçə fərqli nöqtəsində güllərdən müxtəlif kompazisiyalar yaradılıb. Qara yanvarın qırmızı simvolu olan minlərlə qərənfildən 20 yanvar yazıları düzəldilib. Qara rəngin qırmızı ilə qarışığı matəmə zəfər yanğısının bürünməsini ifadə edir....

Səhər saatlarından etibarən Azərbaycan xalqı Şəhidlər Xiyabanına üz tutaraq, bütövlüyümüz və azadlığımız uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər.
Şəhidlərin məzarı önünə gül dəstələri düzülür, onların ruhuna dualar oxunur. 
Artıq Azərbaycan qalib ölkə kimi qeyd edir 20 Yanvarı...

Xiyabana düzülən qərənfillərin şux duruşu göz oxşayır bu dəfə... 

“Biz qalibik, düşmənə əyilmədik, başınızı dik tutun Şəhidlər” deyə səs-səsə qarışıb. İşğaldan azad olunan Şuşamızın simvolu Xarı Bülbül şəhidlərimizi ziyarətə gəlib. Qələbə müjdəsini xəbər verməyə gələn Xarı Bülbül 1990-cı ildən matəm rəmzi olan  qərənfilləri təsəlli edərək, onların yalnız şəhidlərin deyil, həm də qələbənin rəmzinə çevrildiklərini eşitdirir...

Ziyarətçilərin üzlərində  məğlub deyil, QALİB MİLLƏT əhval ruhiyyəsi hiss olunur...

Şəhidlər Xiyabanına gələn hər bir ziyarətçi “sizin qisasınız alındı. Azərbaycan qalib dövlətdir”,-deyə qürurlanır.

Məyusluq günü məğrurluqla əvəzlənib...

Şəhidlər Xiyabanında izdiham var. Amma ziyarətə gələnlər arasında Vətən müharibəsində əzmlik nümayiş etdirən qazilərmiz, şəhid övladları və müharibə iştirakçıları daha çox diqqət çəkir. Onlar tək-tək məzarları dolaşır, gül dəstələri düzür və mənəvi rahatlıqlarını beləcə ifadə edirlər... 

Həm də şəhidlərə düşməndən qisas aldıqları barədə hesabat verirdilər...

Bakıda havalar kəskin soyusa da nəfəslərimiz Şəhid ruhlarımızla birlikdə isti tutur ŞƏHİDLƏR XİYABANINI!

Bizim.Media şəhidlərin 31-ci ildönümü ilə bağlı görntüləri təqdim edir:



Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ

Maştağadakı ruhi dispanserdən xəstələrin qaçması dezinformasiyadır - RƏSMİ

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad EDİLDİ

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad EDİLDİ

Hikmət Hacıyevdən Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində - FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində - FOTO/VİDEO

Mina terroru, illərdir gözü yolda qalan İTKİN AİLƏLƏRİ... – Ermənistanın gizlətməyə çalışdığı HƏQİQƏTLƏR

Mina terroru, illərdir gözü yolda qalan İTKİN AİLƏLƏRİ... – Ermənistanın gizlətməyə çalışdığı HƏQİQƏTLƏR

Paytaxtda zəncirvari qəza – VİDEO

Paytaxtda zəncirvari qəza – VİDEO

“İmişli” İdris İnqilablı ilə müqavilə BAĞLADI

“İmişli” İdris İnqilablı ilə müqavilə BAĞLADI

Göygöldə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Göygöldə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim DÜNYASINI DƏYİŞDİ

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

İcraçı direktor: “Son 3 ildə BTQ 35-dən çox beynəlxalq tədbirə təşkilatçılıq edib”

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Azərbaycanda televiziya rəhbəri həbs edildi

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

Asqırarkən qığırdağını SINDIRDI, xəstəxanalıq oldu

İlham Haqverdiyev azadlığa buraxıldı

İlham Haqverdiyev azadlığa buraxıldı

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

“Sabah”ın Çempionlar Liqasındakı potensial rəqibləri BƏLLİ OLDU

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

"Qarabağ" 8000 manat cərimələndi – SƏBƏB

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

Hərbçilər üçün nəzərdə tutulan yenilik yanğınsöndürənlərə də şamil edilə bilər – TƏKLİF

End of content

No more pages to load

RADİO