“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

Bookline başa çatdı. Amma bu, bir layihənin sonuna qoyulan nöqtədir, ideyanın yox! Necə ki, kitabı oxuyursan və sadəcə qapayırsan, lakin sənin üçün bitmir - ruhundakı, ağlındakı səyahəti davam edir.

Bizim.Media xəbər verir ki, bu platformada biz sadəcə söhbət etmədik - bəzən müəllifin düşüncəsində, bəzən də oxucunun susqunluğunda çaşıb qaldıq. Aqşin Yenisey ilə sözün sərt gücündən və ədəbiyyatın komfort zonası olmadığından danışanda, əslində kitabın oxucunu necə silkələməli olduğunu xatırladıq.
 

Elçin Mirzəbəyli ilə söhbət kitabın yoxluğundan doğan səssiz boşluq haqqında idi. Oxumayan toplumun tədricən düşünmək qabiliyyətini itirməsi, cümlələrin sadələşməsi, fikirlərin isə kasadlaşması - bu, statistik göstərici deyil, gündəlik həyatın ruhunda bariz görünən həqiqətdir.


Şahbaz Xuduoğlu kitabın arxa səhnəsini açdı - bir ideyanın necə mətnə, mətnin necə kitaba çevrildiyini analiz etdi. Kitabın sadəcə yazılmadığını, həm də “yaşadıldığını” göstərdi.

Qan Turalı ilə isə yazıçının zamanla münasibətindən danışdıq. Xatırlamış olduq ki, yazmaq təkcə ilham yox, uzun bir səbr, tənhalıq və özünlə mübarizənin prosesə çevrilən transformasiyasıdır.

Aysel Əlizadə isə müasir dövrün dilemmasını ortaya qoydu: sosial şəbəkələrin sürəti ilə ədəbiyyatın dərinliyi arasında qalan yazıçı... Oxucu artıq sürətli həyatı seçir, amma kitab hələ də dayanmağı, anı yaşamağı tələb edir.

Qulu Ağsəs ilə poeziya haqqında danışmaq, əslində az sözlə çox deməyin məsuliyyətini hiss etmək idi - bir misranın içində bütöv bir həyatın gizlənməsi kimi.

Onun poeziyasında söz artıq yükdən azad olur, yalnız ən zəruri hissə qalır. Və elə buna görə də hər misra oxucunun içində ƏBƏDİ yaşayır - tələsmədən, sakitcə.

Və Seyran Səxavət - onunla söhbət yaddaşın, həyatın və ədəbiyyatın bir-birinə qarışdığı nöqtədə quruldu; sanki hər xatirə bir cümləyə, hər cümlə bir hekayəyə çevrilirdi. Onun danışığında zaman düz xətt kimi yox, qayıdıb dolaşan bir yol kimidir - hər dönüşdə insan öz keçmişinə bir az daha yaxınlaşır.

Bu görüşlərin ortaq nöqtəsi KİTAB idi. Yadımıza saldıq ki, kitab - təkcə oxunan bir mətn yox, insanın özünə qayıtdığı yurdudur. Hər podkast həmin o vacib sualı yenidən doğurdu: niyə oxuyuruq, ya da niyə oxumuruq? Cavablar fərqli səslənsə də, hamısı eyni həqiqətə çıxırdı - kitab insanı dəyişmir, onu özü ilə üz-üzə qoyur. Bəlkə də elə bundan qaçırıq…
 

Bu ideyanın arxasında təşkilati bir iradə dayanırdı. “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin donorluğu ilə, Alternativ Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirildi.


Layihə bitdi. Amma əgər bu söhbətlərdən sonra kimsə bir səhifəni daha diqqətlə oxuyursa, bir cümlənin altını cızırsa, ya da sadəcə kitabı əlindən yerə qoymağa tələsmirsə - deməli, “Bookline” hələ də davam edir.

“Alternativ” İB

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO