“Xalq artisti rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib”.
Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova məlumat verib.
O, bildirib ki, tanınmış rejissor bir neçə gün əvvəl infarkt keçirib:
“Eldar Quliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda vəziyyəti stabil-ağırdır”.
ARKİ sədri Eldar Quliyevin yubileyi münasibəti ilə təltif edildiyini də vurğulayıb.
Qeyd edək ki, tanınmış rejissorun bu gün 80 yaşı tamam olur. (APA)
Bizim.Media