Telekanalların işçiləri yay məzuniyyətinə çıxıblar. Şübhəsiz, hamı kimi istirahətə gediblər. Bəs bu yayda bizim kimi istirahətə getməyənləri nəzərə almırlar televiziyalar? Niyə yayda bunlar parez olur. Pultun batareyası qurtardı kanalları çevirməkdən. Nə qədər hind və zəhlətökən ABŞ filmləri vermək olar. Boyat verilişlər də zəhlə tökür. Vətənpərvərlik, milli mənəvi dəyərləri, tariximizi, ədəbiyyatımızı əks etdirən verilişlər bir-iki kanal istisna olmaqla o birilər də yada düşmür.Telekanalların verilişlərinin bir çoxu da bir-birini təkrarlayır, elə bil "teleinkubator"dan çıxıb. Nə qədər sırğa taxan, başı boyanmış, narkotik qəbul eləmiş estrada müğənniləri öz qeyri-əxlaqi, meymunabənzər ekstza vəziyyətləri ilə tamaşaçıları təhqir edəcəklər. Hamı qorxur ki, sonra telekanalın qara siyahısına düşməsin. Teleaparıcılar nə qədər ədəbi dilimizi bərbad hala qoyub, nitq mədəniyyətinə yiyələnmədən at oynadacaqlar? Ana dilimizin orfoepik, ədəbi tələffüz qaydalarını pozacaqlar? Şifahi sintaksisdən xəbərləri yoxdur. Prezidentə saxtakarlıq edərək təqdimatlar verib layiq olmayanlara da diplomlar əta elətdirdilər. Şübhəsiz layiqli peşəkarlar burada istisnalıq təşkil edir. Məmməd Araz demişkən"-bu dünya düzəlmir ki, düzəlmir baba..."
Vüqar Əhməd- filologiya elmləri doktoru, professor