“Qapalı hovuz, yelkənlə bağlanmış dəniz...”x9d - Halal turizm

“Ay xanım, inciməyin, həmişə sizin kimi qapalı geyinən qadınlara baxanda fikirləşirəm ki, görəsən siz yayda dənizə gedirsinizmi, gedəndə necə, dənizə hansı geyimlə girirsiniz. Siz Allah, xətrinizə dəyməsin, sadəcə maraqdan soruşuram...”x9d 


İsti yay günlərində Bakıdakı parkların birində orta yaşlı, qolsuz paltar geymiş, yelpiklə özünü tez-tez yelləyən qadın bunu yanında oturmuş qapalı geyinən, başını bağlamış gənc qadından soruşur.

Gənc qadın gülümsünür: “Niyə inciyirəm?! Dənizə də gedirəm, çimirəm də, uzanıb günəş də qəbul edirəm”x9d.

Qapalı qadınlar üçün qapalı hovuz da var, qapalı dəniz də

O danışdıqca ortayaşlı qadının gözlərində “necə”x9d sulları yaranırdı.

Gənc qadın deyir ki, artıq 3 ildir həyat yoldaşı və 3 uşağı ilə birlikdə Türkiyədəki istirahət yerlərində dincəlir: “Qapalı hovuz da var, hətta bizə görə qapalı dəniz də. Orada belə otellər çoxdur. Allah qoysa, Ramazan bayramından sonra bu il də Antalyada dincəlməyi planlaşdırırıq”x9d.

Hicablı xanım deyir tanıdığı neçə dindar ailə var ki, onlar belə istirahət yerlərini seçirlər.

Azərbaycanın çimərlik olan istirahət mərkzələrində isə belə istirahət yerləri yoxdur.

Turizmin halalı?

Hazırda halal turizm Malayziya, Bəhreyn, Misir və Türkiyədə inkişaf etməkdədir.

Türkiyədə isə bu biznesə artıq 3-4 ildir başlanılıb. Adına “halal turizm”x9d deyirlər. Dünyanın neçə-neçə ölkələrindən qatı müsəlmanlar belə istirahət yerlərini seçir.

Halal turizm sertfikatı almaq üçün onlarla otel növbə gözləyir.

Mərkəzi Malayziyada yerləşən Dünya Halal İttifaqının prezidenti Əhməd Gəlir bildirib ki, halal turizmi daha da inkişaf etdirməklə Türkiyə 2023-cü ildə 50 milyon turist hədəfinə çata bilər.

Ə.Gəlir onu da deyib ki, Türkiyə halal turizmə sərmayə qoymaqla və turizmin bu növünü tanıtmaqla 10 milyard dollar gəlir ədə edə bilər.

80-ə yaxın halal otel

Türkiyə halal turizmlə məşğul olan onlarla otel var. Bu otellər müştərilərinə təkcə alkoqolsuz içki təklif etmirlər. Ancaq qadınların daxil ola biləcəyi qapalı hovuzlar, qapalı çimərliklər, məscidlər var.

Əyləncə proqramları da islami qaydalara uyğunlaşdırılır. Əgər 2002-ci ildə Türkiyədə ancaq 5 belə otel olubsa, indi onların sayı 80-ə yaxındır.

Bu otellərin müştərilərinin çoxu xaricdən gələnlərdir. Burada başıaçıq, ancaq kişilərin olmadığı yerdə istirahət etmək istəyən müasir qadınlar da dincəlir.

Halal otelin kriteriyaları

Bu cür otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. SPA-mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilər üşün orucdan sonra dənizdən istifdə etmələri üçün çimərliklər işıqlandırılır.

Türkiyədə halal sertfikatı almış ilk otel isə Antalyanın Alanya bölgəsindəki “Adenya”x9d otelidir.

Otel rəhbərliyi bildirir ki, “Adenya”x9d otelində əgər hər hansı bir yerdə qadınlar bölməsi yazılıbsa, “ora erkək ağcaqanad da girə bilməz”x9d.

"Adenya" oteli

Qadınlar üçün beş hovuz var. Hovuzlarda mahnı oxuyub rəqs edən qadınları görmək olur.

Buradakı qadınlar adi çimərliklərdə qadınların geydiyi açıq çimərlik paltarları geyinirlər. Çünki yad göz olmadığından qapalı çimərlik paltarına ehtiyac duymurlar.

Bu oteldə qapalı dəniz də var. Qumu Misirdən gətirilib. Sahil dənizə açılır, dəniz 5-10 metrlikdir.

Bəs dəniz necə qapalıdır? Dənizin qarşısı iri yelkənlərlə kəsilib. Qadınlar dənizdə rahatlıqla çimirlər.

Çimərlik - yalnız qadınlar üçün...

Otellərdən başqa indi Antalyada bələdiyyə ancaq qadınlar üçün çimərlik də salıb. Bəzi qadın təşkilatları bunu ayrı-seçkilik sayıb etiraz aksiyaları keçirsə də həmin çimərlik 2014-cü ilin avqustunda açıldı.

Azərbaycandakı müsəlmanlara nə təklif edilir?

Azərbaycanda ölkə daxilində halal turizm deyilən anlayış yoxdur. Buna görə turizm şirkətləri Malayziya, Bəhreyn, Misir və Türkiyə otellərini təklif edir.

Bakıdakı “R&R Travel Company”x9d şirkəti bu ildən Bakıda halal turizm təklif edən yeganə turizm şirkətidir.

Şirkətin meneceri Tural Əliyev “Azadlıq”x9d radiosuna deyir ki, onlar yerli müştərilərilərə xarici ölkələrdə halal məhsullar, şəriət qaydalarına əsasən kəsilmiş heyvanlardan hazırlanan yeməkləri, xidmətləri olan otellər təklif edir: “Həmin otellərdə alkoqollu içkilərə, dində haram sayılan qidalara rast gəlinmir. Bundan başqa bu obyektlərin hamısında məscid, namaz otaqları var. Ekskursiyalarda İslam tarixi ilə bağlı ziyarətlər təşkil olunur. Hətta şou proqramlar, əyləncələr də İslamın əsas dəyərlərinə uyğun həyata keçirilir”x9d - T.Əliyev deyir.

4 nəfərlik ailə 5 gecə 866 manata dincələ bilər

Qiymətlərə gəldikdə isə Tural Əliyev deyir ki, qiymətlər həmin otellərin ulduzlarından, müştərilərin neçə gecə qalmaqdan asılıdır: “Əvvəla, bu halal otellərin də arasında 5 ulduzlu, 4 ulduzlu, 3 ulduzlu otellər var. Qiymətlər fəsillərə, aylara görə də dəyişir. Məsələn, iki valideyn və 2-6 yaşlı iki uşaq iyulun 20-dən 25-ə qədər 5 gecə 5 uldulzu “Adenya”x9d oteli üçün 2388 manat ödəməlidir. Antalyada 5 ulduzlu 1428 manata, Alanyada 1159 manata olan otellər də var. Dörd nəfərlik ailə üçün 3 ulduzlu otellərin qiyməti isə 866 manatdan başlayır”x9d.

“Mən qapalı qadınam. Ancaq mən də dənizdə çimməyi, uşaqlarımla sahildə qumla oynamağı sevirəm. Buna görə də halal otellərə üstünlük verirəm”x9d - bunu sosial şəbəkədə hicablı qadınlardan biri yazmışdı.

Başqa bir istifadəçi isə ona cavabında yazırdı: “Niyə də olmasın ki? Pulun varsa, dəniz də sənin üçün qapanar...”x9d

Azadlıq Radiosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

End of content

No more pages to load

RADİO