Moderator.az-ın verdiyi xəbərə görə, “DəmirBank”x9d tələbələr üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramı”x9dna start verib. Tələbələr təcrübə müddətində dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və gələcək karyeralarında böyük nailiyyətlər əldə etmə imkanına sahib ola biləcəklər.
Qeyd edək ki, təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1,2 və 3 ay müddətində olacaq.
Xatırladaq ki, “DəmirBank”x9d “Yay təcrübə proqramı”x9dnı hər il təşkil edir. Proqram güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank”x9d 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı”x9d və “Hollandiya İnkişaf Maliyyə Şirkəti”x9d (FMO) daxildir. “DəmirBank”x9d həmçinin “Fitch Ratings”x9d beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”x9d, “Planet Rating”x9d agentliyinin isə “pozitiv”x9d proqnozlu “B”x9d reytinqlərinə malikdir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149