İyun hadisələrinin AÇILMAYAN SİRLƏRİ – Gəncəyə hücum planını kim hazırlayıb? – TƏZADLI FİKİRLƏR

1993-cü ilin iyun hadisələrinin üzərindən 29 il keçməsinə baxmayaraq hələ də baş verənlərlə bağlı qaranlıq qalan sirrlər gün üzünə çıxanlardan daha çoxdur. Hələ də həmin dövrün iqtidarı və müxalifəti fərqli arqumentlər əsas gətirərək bir-birlərini ittiham etməyə davam edirlər. 

Ən çox mübahisə doğuran məqamsa iyunun 3-də AXC hakimiyyətinin keçmiş polk komandiri Surət Hüseynovun faktiki nəzarətində olan 709-cu briqadanı tərksilah etmək üçün qoşunlarını Gəncəyə göndərməsi ilə bağlıdır. O dövrün iqtidarı polkun dinc yolla tərksilah etməyi hədəflədiklərini açıqlasalar da, Surət Hüseynov hökumət qüvvələrinin Gəncəni bombalamaq və bununla da öz hakimiyyətlərinin gücünü xalqa göstərməyi hədəflədiyini bildirib.

Həmin dövrdə hadisələrin fəal iştirakçılarından olan keçmiş AMİP sədri Etibar Məmmədov isə yerli mətbuatın AXC hakimiyyəti tərəfindən 709-cu briqadanın tərksilah edilməsi məqsədilə hazırlanan “Tufan” kod adlı əməliyyatla bağlı sualını cavablandırarkən, əvvəllər açıqlanmayan yeni bir iddia ilə çıxış edib:

“25 il sonra iyun hadisələri ərəfəsində keçirilmiş Təhlükəsizlik Şurasının iclasının protokolları mətbuatda dərc olundu və məlum oldu ki, elə həmin Şuranın sədri prezident Elçibəy özü olub”.

Etibar Məmmədovun sözlərinə görə, bütün təhlükəsizlik məsələləri məhz Təhlükəsizlik Şurasında, Elçibəyin iştirakı ilə müzakirə olunub.

Qeyd edək ki, bu günə qədər verilən açıqlamaların mütləq əksəriyyətində, hətta Surət Hüseynovun özü tərəfindən də hadisənin səbəbkarı kimi sabiq baş nazir Pənah Hüseyn ittiham olunur və əməliyyatın Elçibəyin məlumatı xaricində həyata keçirildiyi bildirilirdi.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan AXC hökumətinin baş naziri Pənah Hüseyn, ümumiyyətlə, Gəncə ilə bağlı hər hansı hərbi əməliyyatın müzakirə olunmadığını açıqlayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Etibar Məmmədovla 20 Yanvarla bağlı ÖZƏL MÜSAHİBƏ – “Mən heç vaxt elə söz deməmişəm”


“Birincisi, Təhlükəsizlik Şurası deyil, Müdafiə Komitəsi olub. İkincisi, Dövlət Müdafiə Komitəsində hər hansı kod adı ilə əməliyyat müzakirə olunmayıb. 26 may tarixli Dövlət Müdafiə Komitəsinin iclasının stenoqramını mən ötən il dərc etmişəm. Orada ölkədəki ümumi hərbi-siyasi vəziyyət, eləcə də Surət Hüseynovla bağlı məsələyə də toxunulub. Göstəriş verilib ki, məsələ hüquq çərçivəsində aidiyyatı dövlət orqanları tərəfindən tənzimlənsin.

“Tufan” və s. kimi şaiyələr isə uydurmadır”.

Hadisələrin canlı şahidlərindən olan və baş verənləri öz kitabında yazıya çevirən politoloq Zərdüşt Əlizadə isə hadisələrin bu səviyyəyə gəlib çıxmasında AXC daxilindəki müxtəlif qrupların hakimiyyət uğrunda mübarizəsinin mühüm rol oynadığını vurğulayıb:

“Elə Kəlbəcər hadisələrinin efirdə müzakirəsi zamanı, Kəlbəcər ziyalılarından biri Pənah Hüseynin xatirinə saldı ki, sən deyirdin “Gəl birləşək, “saqqalı” (Elçibəy nəzərdə tutulur) kənarlaşdıraq”. Hamısı istəyirdi hakimiyyətə sahib olsun. Surət Hüseynovun isə siyasətdən ümumiyyətlə başı çıxmırdı. Oturmuşdu Qarabağda, öz aləmində Qarabağı xilas edirdi. Halbuki Qarabağ hadisələrini daha böyük qüvvələr, daha dəqiqi Rusiya idarə edirdi. Bütün döyüş əməliyyatları, kimin hara hücum edəcəyi, nə qədər itki verəcəyi, hamısını Rusiya müəyyənləşdirirdi”.

Politoloq da AXC hökumətinin Gəncəyə hücum əməliyyatı hazırladığını bildirib:

“Bəli əməliyyat hazırlanmışdı, adı da Tufan və ya Tayfun idi. Lakin Xalq Cəbhəsi liderləri o qədər vecsiz, bacarıqsız adamlar idi ki, əməliyyatı həyata keçirə bilmədilər. Surət Hüseynovun 250-300 nəfərlik dəstəsi var idi. Ona qarşı 4000 adam yığdılar. Onlar da idarə olunmadığına, yaxud başqa cür idarə olunduğuna görə məğlub oldular”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

İran millisi dünya çempionatını buraxa bilər

İran millisi dünya çempionatını buraxa bilər

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

Sinem Kobal Kenana olan sevgisindən yazdı

Sinem Kobal Kenana olan sevgisindən yazdı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

End of content

No more pages to load

RADİO