"Son nöqtəni qoymaq ixtiyarını Azərbaycan həmişə özündə saxlayır”x9d


Moderator.az-ın verdiyi xəbərə görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov I Avropa Oyunları fonunda cərəyan edən geopolitik prosesləri şərh etdi:


“Böyük güclər (ilk növbədə isə Rusiya ilə Qərb) arasında rəqabət və antoqonizm daha da dərinləşdikcə, dünyada və o cümlədən Cənubi Qafqazda geopolitik durumun konturları get-gedə daha aydın şəkildə görünməyə başlayır. İndiistər Qərbin, istərsə də Rusiyanın Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqe, dolayısıyla Azərbaycana olan münasibətlərini də ortaya qoyur. Əslində isə bu qüvvələrdən heç biri ikili standartlardan əl çəkmək istəmir. Amma problemin təsir dairəsi genişləndikcə, onun həll olunmasına ayrılan vaxt da daralır. Bu səbəbdən indi Avropa da, Rusiya da Azərbaycan kimi perspektivli tərəfdaşı itirməmək üçün hər biri bu vaxtdan maksimum öz xeyrinə istifadə etməyə çalışır. Hal-hazırda Rusiya Avropanın buraxdığı hər bir səhvdən çox mahir şəkildəyararlanır. Azərbaycanın “Şərq tərəfdaşlığı”x9d proqramına prezident səviyyəsində qatılmamasından həmən sonra Putinin ilk Avropa Oyunlarını izləmək üçün Azərbaycana gələcəyi xəbərləri də bu günlər xeyli intensivləşib. Gözlənilən bu səfərin bir neçə səbəbi arasında Türkiyə-Rusiya münasibətlərinin yenidən yumşaldılmasına cəhd vurğulansa da, hesab edirəm ki, əsas səbəb Azərbaycanı Avrasiya İttifaqına bir daha dəvət etməkdir. Çünki son vaxtlar Avropanın Azərbaycana qarşı ədalətsiz təpkiləri gücləndirməsi, Qarabağ məsələsinə laqeyd yanaşması, bugünə kimi problemi ölü nöqtədən bir addım da tərpətməməsi, bununla yanaşı Azərbaycana qarşı qara piar kampaniyalarını dəstəkləməsi Azərbaycanın Qərbə qarşı inamının müəyyən dərəcədə sarsılmasına gətirib çıxarıb. Rusiya da məhzbelə bir məqamda özünü nəinki forpostu olan Ermənistanın, ümumiyyətlə, bütün Cənubi Qafqazın himayədarı və ya böyük dostu kimi təqdim etmək şansını qazanır. Ona bu özgüvəni aşılayan səbəblərdən biri də Dağlıq Qarabağ məsələsinin sülh yoluyla həlli açarını hələ də öz əlində saxlamasıdır.

Avropa öz tarixi təcrübəsindən bilməlidir ki, qonşu ölkələrin eyni coğrafi məkanı paylaşması siyasi xəritədə onların maraqlarını toqquşdursa da, ancaq bəzən uzlaşdıra da bilir. Necə ki, birinci və ikinci Dünya müharibələrinin dağıdıcı fəsadlarından sonra Avropa ölkələri Avropa Birliyinin çətiri altında nəhayət ki, birləşə bildi. Analoji hadisə hazırki situasiya fonunda Qafqazda gözlənilməsə də, Dağlıq Qarabağ, Abxaziya və Şimali Osetiya kimi problemlər məhz bu regionda yerləşən dövlətləri eyni masa ətrafına yığa bilər və yığması da təbiidir. Avropa isə Azərbaycanın Rusiya ilə belə yaxınlaşmasına göz yuma bilmir, lakin Azərbaycanın gündəliyindən düşməyən Qarabağ məsələsinə illərdir ki, heç bir töhfə də vermir. Amma bu cür kritik bir məqamda proseslər Türkiyə və Rusiyanın yaxınlaşması xəttiylə inkişaf edərsə, biz yaxın gələcəkdə tamamilə fərqli bir mənzərənin şahidi olacağıq. Türkiyə Azərbaycana qardaş ölkədir. Biz istər tarixdəki, istəsə də, hal-hazırki Rusiya-İran yaxınlaşmalarına, Rusiya-Ermənistan partnyorluğuna nəzər salanda görürük ki, bu birləşmələrin hər biri zaman-zamanAzərbaycandan ərazilərin qoparılmasıyla nəticələnib. Amma Rusiya-Türkiyə yaxınlaşması baş verərsə, bu, Azərbaycanı da beynəlxalq siyasətin, qlobal dünya proseslərinin böyük oyunçusuna çevirə bilər və eyni zamanda itirilmiş torpaqlarımızı geri almağımıza zəmin yaradar. Mən burda bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, böyük güclər Azərbaycanın hal-hazırda tam  müstəqil siyasət yürütdüyünü görür və anlayırlar. Ona görə də Ukraynanın, Gürcüstanın, Ermənistanın siyasi həyatına etdikləri birbaşa müdaxiləni Azərbaycana qarşı həyata keçirə bilmirlər. Onlar dolayısı vasitələrlə (bəzi hallarda isə hətta siyasətin yazılmamış qanunlarını belə pozaraq) Azərbaycana təzyiq göstərməyə, rəsmi Bakını küncə sıxışdırmağa çalışırlar.Bu baxımdan hesab edirəm ki, biz hələ bir müddət konkret müttəfiqlərimizi müəyyən etməkdə, kimin bizə ürəkdən can yandırdığını, kimin isə dırnaqarası münasibət göstərdiyini dəqiqləşdirməkdə çətinlik çəkəcəyik. Amma son sözü demək, son nöqtəni qoymaq ixtiyarını Azərbaycan həmişə özündə saxlayır”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalıdır, ya da ümumiyyətlə heç bir Rusiya olmayacaq" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalıdır, ya da ümumiyyətlə heç bir Rusiya olmayacaq" - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

End of content

No more pages to load

RADİO