ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin noutbuku oğurlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə onun köməkçisi Dryu Xemill öz tvitter səhifəsində bildirib.
O, qeyd edib ki, oğurlanan noutbuk yalnız təqdimat mərasimlərində istifadə edilirdi.
Qeyd edək ki, 6 dekabr tarixində ABŞ prezidenti Donald Trampın tərəfdarları dövlət başçısının çıxış etdiyi mitinqdən az sonra Kapitoli binasına hücum ediblər. Nəticədə Kapitoliyə maddi ziyan dəyib.
Bizim.Media