Yaralı halda yoldaşlarını döyüş meydanından çıxarıb özü şəhid oldu - VİDEO

Vətən Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı İlham Rəşidov Murovdağ silsiləsindəki yüksəkliklərin düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.

Bizim.Media xəbər verir ki, İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulub. Sonradan ailəsi ilə Azərbaycana qayıdan İlham orta təhsilini Xudat şəhərində alıb.

2001-ci ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. İyirmi ilə yaxındır Vətənə xidmət edən baş gizir xarici ölkələrdə təlimlərə cəlb olunub. Dörd dildə danışmağı bacaran İlham 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak edib. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri fərmanlarla təltif olunub.

Vətən Müharibəsi başlayan gündən xüsusi əhəmiyyətli tapşırıqların icrasına cəlb olunan İlham Rəşidov Murovdağ silsiləsindəki Camışdağ zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal iştirak edib.

Qardaşı Tərlan Rəşidovun sözlərinə görə, döyüşlərin birində İlham yaralı yoldaşlarını atəş altından çıxararkən minaatan mərmisi yaxınlığında partlayıb. Ağır xəsarətlər alsa da, İlham döyüş tapşırığını axıradək yerinə yetirərək, yaralı döyüş yoldaşlarını kömək üçün gələn avtomobilə çatdırıb. Amma təəssüf ki, İlhamın özünün yaraları çox ağır olduğundan avtomobil dağlıq ərazidə, çətin şəraitdə ən yaxın tibb məntəqəsinə çatanadək şəhid olub:

"Şəhid olmamışdan bir həftə əvvəl görüşdük. Ağır əməliyyata gedəcəyini bildirib ailəsini mənə tapşırdı. Dedi ki, "dövlətimizin dəstəyindən arxayınam, amma sən də bir qardaş kimi ailəmin yanında olmalısan. Ola bilər, qayıtmayım". Sonra cəbhədən votsapla mənə səs atdı. Deyirdi ki, "çoxdan gözlədiyimiz gün gəlib çatdı. Bir azdan telefonumu söndürüb təhvil verəcəyəm".

"Əməliyyatların çoxu məxfi olduğundan, bizə heç nə demirdi. Aprel döyüşlərində olduğunu da sonradan öyrənmişdik. Bu döyüşlərdə də qəhrəmanlıqla döyüşüb. Döyüş yoldaşını ərazidən çıxararkən ayağından və qabırğasından mərmi yaraları alıb. Buna baxmayaraq, oradan çıxmağı bacarıblar. Amma hospitala çatanadək şəhidlik zirvəsinə ucalıb. Mən qardaşımla fəxr edirəm".

Həyat yoldaşı Samirə Rəşidova İlhamın ən çətin döyüş əməliyyatlarda iştirak etdiyini bildirib: "Həyat yoldaşı, ata kimi çox yaxşı insan idi. Düzdür, həyatımda böyük itki oldu. İlham şəhidlik zirvəsinə ucaldı. Fəxr edirəm onunla. Həmişə də fəxr edəcəyəm. Aprel döyüşlərində də iştirak etmişdi. Vətən Müharibəsindən əvvəl evə gəldi, mənimlə, uşaqları ilə görüşüb getdi. Son mesajında yazdı ki, "təlimə gedirəm, uşaqlardan və özündən muğayat ol".

"Onun üçün ailəsi, balaları ən böyük dəyər idi. Mən Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, müharibəni sonadək davam etdirdi. Şəhidlərimizin qisası alındı, qələbə qazandıq".

Döyüşçü İlham Rəşidovun 10 yaşında Dərya və 8 yaşında İlhan adında övladları yadigar qalıb.

Qeyd edək ki, baş gizir İlham Tahir oğlu Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. (Apa)

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Xalq artisti ağır durumda...

Xalq artisti ağır durumda...

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Eldar Səlimov İraq DİN-in generalı ilə...

Eldar Səlimov İraq DİN-in generalı ilə...

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

End of content

No more pages to load

RADİO