“İlham Əliyevin süni sevgi reklamına deyil, səmimi vətəndaş sədaqətinə ehtiyacı var”x9d

Araşdırmaçı-yazar Xalidə Xalid Azərbaycana qarşı başladılan “qara piar”x9d kampaniyalarına Moderator.az-a göndərdiyi aşağıdakı yazısında münasibət bildirib:

“Son günlər yenə gündəmi xəyanət girdabı mövzusu bürüyüb. Azərbaycan gücləndikcə düşmənləri qapıldıqları həyacanı daha açıq biruzə verməyə başlayıblar. Azərbaycanın və azərbaycanlıların qüdrətini dünyaya növbəti dəfə nümayiş etdirəcək tədbirin, yəni I Avropa Oyunlarının astanasında müxtəlif daxili və xarici qüvvələr “qara piar”x9d kampaniyalarına əl atıblar. Hələ xariciləri qoyuram bir kənara, daxilimizdə düşmən dəyirmanına su tökənlərdən danışaq.
Çox qəribədir, niyə biz hələ də ümümxalq, ümümdövlət məsələlərini, şəxsi, ölkədaxili məsələlərlə səhv salırıq? Bu idman oyunları nə qədər ölkə daxilində çətinlik yaratsa da, bir şeyə görə səbrlə, təmkinlə uğurlu iş ortaya qoymaqdan vaz keçməməliyik. Bu da bizdən pay qoparmağa və bizi bir-birimizə düşmən etməyə hazır olan qüvvələrdən qorunmaq üçün lazımdır.

Öz adımdan deyə bilərəm ki, mən fərd olaraq deyil, xalq olaraq mövcudluğumu hiss edirəm. Mən xalqımın vüqarına, qüruruna, vətənpərvərliyinə əmin olaraq özümü “Mən”x9d yox, “Biz”x9d olaraq görürəm. Və inanıram ki, cəmiyyətimizin belə düşünən insanları kifayət qədər çoxdur. Lakin həmin insanlar belə “qara piar”x9d kampaniyalarının alətinə çevrilən cahil, düşüncəsiz və şüursuz davranan digərlərini də oyatmalı və vaxtında millətimizi də, dövlətimizi də belə məkrli maxinasiyalardan qorumalıdırlar. Bir millətin varlığı və davamlılığı üçün güclü bir dövlətə sahib olması zəruridir.

Te-tez dövlət haqqında maraqlı olan fikirləri, saytları nəzərdən keçirirəm. Dünən də maraqlı bir bloga rast gəldim- Dövlət haqqında blog.

Mövzuyla üst-üstə düşdüyü üçün oradan bəzi fikirləri sizinlə də paylaşıram:

“Əgər bir cəmiyyətdə mənfəətpərəstlik yayılarsa, üsyan və qarşıdurma məqbul olaraq görülərsə və hörmət və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən tərbiyə və əxlaq durur. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda ifadə etdiyimiz pis əxlaq xüsusiyyətləri bir cəmiyyətdə məşhurlaşarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan qalxmağa başlayar.”x9d

Bəli, dövləti dövlət edən xalqdır, xalqın birliyidir. Dövlətin dünya əhəmiyyətli məsələlərində xalqına güvənməsidir əsil dövlətin böyüklüyü.

Sosial şəbəkələrdə həm də tez-tez müxtəlif qruplarla rastlaşıram:

“Mənim prezidentim İlhamdı”x9d,“İlhamla irəli”x9d, “İlhamla nurlu gələcəyə”x9d və s. Və yaxud da ki, gündüz iqtidar, gecə müxalifət olan bəzi “vətənsevər”x9dlərin sicilləmə statusları nəzərimdən yayınmır. Sual vermək istəyirəm ki, bu insanlar məhz belə təhlükəli dönəmlərdə öz vətənpərvər, millətsevər əməlləriylə Azərbaycan prezidentinin yanında olmağı bacarırlarmı?

Məncə, onların hər biri gündəlik həyatlarında dövlətinə, hökümətinə, vətəninə sadiq olan, sədaqətli vətəndaşlar olsalar, sevgilərinin səmimiliyinə prezident də inanar.

İlham Əliyevin iqtidarından, müxalifətindən asılı olmayaraq ölkənin xeyrində də, şərində də dövlətinin yanında olmağı bacaran həmvətənlərinə ehtiyacı var.

İlham Əliyevin bu ölkəyə, bu dövlətə hər halıyla bağlı olan, düşmən dəyirmanına su tökməkdən yan qaçan, “xarici qüvvə olmur kim olur olsun, təki İlham Əliyevin düşməni olsun, ona zərbə vursun”x9d təfəkkürü ilə qara niyyətli qüvvələrin verdikləri kirli pullardan uzaq olan, səmimi, qeyrətli vətəndaşlara ehtiyacı var...

Bir sözlə, İlham Əliyevin yalançı təriflərə, süni sevgi reklamına deyil, səmimi vətəndaş sədaqətinə ehtiyacı var.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan kimi multikulturalizmə açıq, fərqli dinlərə, irqlərə tolerant yanaşan bir ölkədə pərakəndəlik yaradıb, dağıdıcı inqilablara yol açan qüvvələrin əlində heç bir azərbaycanlı alət olmamalıdır. Bunun üçün gəlin vətənpərvərliyimizi, milllətsevərliyimizi dildə yox, əməldə münayiş etdirək.

İnanıram ki, I Avropa Oyunları zamanı Azərbaycana gələcək əcnəbilər azərbaycanlıların sahib olduqları müsbət keyfiyyətlərin yarısı ilə tanış olsalar, heç bir “qara piar”x9d Azərbaycanın dünyadakı müsbət imicini sarsıda bilməz”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

"Gözəldir, amma ağzını açmasın"

"Gözəldir, amma ağzını açmasın"

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

End of content

No more pages to load

RADİO