Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yayımı üçün seçilən peykdən biri “Azərispace 1”x9d peykidir. Peykimiz bu oyunların yayımı üçün tam hazır vəziyyətdədir.
ANS TV-nin məlumatına görə, bu açıqlamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistələrə verib. Nazir həmçinin oyunlarla əlaqədar paytaxtın ictimai məkanlarında pulsuz “Wi-Fi”x9dlara qoşulmaq mümkün olacağını da söyləyib:
“İctimai yerlərdə, bir çox parklarda, Olimpiya kəndində, eləcə də oyunların keçirildiyi bir sıra yerlərdə “Wi-Fi”x9d sistemi istifadəyə veriləcək. Məhz bu “Wi-Fi”x9dların çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz bunula bağlı onlara bir güzəşt təklif edirik ki, bu iki ay müddətində onlar bu xidməti pulsuz həyata keçirisinlər. İki aydan sonra isə onlar bu xidməti ödənişli olaraq həyata keçirə bilərlər”x9d.