“Ərzaq oğurluğu cinayətlərinin artması ilə sosial-iqtisadi vəziyyətin ağırlaşması arasında birbaşa əlaqə var”x9d.
Bunu
Moderator.az-a açıqlamasında “Turan”x9d
Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. M.Əliyevin qənaətincə,
baş verənlərin insnaların alıcılıq qabiliyyətinin tamamilə tükəndiriyini göstərir:
“Əgər
ölkədə həqiqətən də ərzaq oğurluğu halları artıbsa, deməli ortada müəyyən
problem var. Bu, onunla bağlıdır ki, insanların alıcılıq qabiliyyəti tamamilə
ortadan qalxıb. Belə olan halda isə insanlar məcbur olur ki, oğurluq yolu ilə ərzağa
olan tələbatlarını təmin etsinlər.
Azərbaycanda
son vaxtlar küçə uşaqlarının sayında da artım müşahidə edilməkdədir. Biz bununla
bağlı məsələ qaldırmışıq. Mən hətta prezidentə bununla bağlı məktub da yazdım.
Bunların hamısı xalqın həyat şəraitinin, sosial durumunun göstəricisidir. Azərbaycanda
1994-cü ildən, atəşkəs sazişi imzalanandan sonra belə bu qədər küçə uşağı yox
idi. Ancaq son vaxtlar onların sayı sürətlə artmağa başlayıb. Bu onu göstətir
ki, ölkədə sosial-iqtisadi durum, vətəndaşların vəziyyəti gərginləşir. Bu,
özünü aztəminatlı ailələrin həyatında daha aydın, daha ciddi hiss olunur”x9d.
Seymur Əliyev