Gizli işləyən çayxana aşkarlandı - FOTO

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Balakürd kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Qeyd etmək lazımdır ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarlı gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə etməklə bərabər rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir. 

Mütəmadi olaraq keçirilən reydlər zamanı  xüsusi karantin rejiminin tələblərini pozan 1304 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb.

Aparılan araşdırmalarla 15 kafe-restoran, 10 iaşə obyektinin karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi məlum olub ki, RPŞ-nin əməkdarşları həmin obyektlər barəsində qanunamüvafiq tədbir görüb.

Ümumilikdə karantin rejimində 12 nəfər barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

RPŞ əməkdaşlarının ayıq-sayıq xidmətləri nəticəsində 1 toy, 2 nişan və 1 yas mərasiminin keçirilməsinin qarşısı alınıb, təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan 10 nəfər barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bakı və Astana memorandum imzaladı

Bakı və Astana memorandum imzaladı

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

End of content

No more pages to load

RADİO