Şəhid anası: "Övlad itkisi ağır olsa da, onun şərəfli ölümü bizim başımızı uca etdi”- FOTO

Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri də Pərvin Əliyev idi. Otuz ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək arzusu ilə yaşayan Pərvin hələ uşaqlıqdan kəşfiyyatçı olmaq istəyirdi.

İstəyinə nail oldu, təcrübəli, peşəkar kəşfiyyatçı kimi yetişdi. Vətən müharibəsində də qəhrəmanlığı, şücaəti ilə seçildi, ermənilərə qan uddurdu. Ömrünün 23-cü baharını yaşayan igidimiz döyüşlərin birində canından da çox sevdiyi Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. 

Bizim.Media bildirir ki, Pərvin Əliyev  1997-ci il oktyabrın 27-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından sayılıb-seçilən Pərvin vətənpərvərliyi ilə həmyaşıdlarından fərqlənib. Böyüyüb boya-başa çatdıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, kəşfiyyatçı kimi Vətənin keşiyində dayanıb. Sonra müddətdən artıq xidmətçi kimi kəşfiyyatçı fəaliyyətini davam etdirib.

Şəhidin anası Zəmanə Abıyeva deyir ki, Pərvinin bir çox arzuları var idi, lakin söhbət Vətən olduqda, O bütün istəklərini ikinci plana salardı: “Sonuncu dəfə evə gələndə ən çox xoşladığı yeməyi hazırlamağımı istədi və mən də bişirdim. Sonra məni qucaqlayaraq dedi ki, ana, mən Vətənim uğrunda şəhid olacağam. Amma mənimlə fəxr edin, hər zaman başınızı uca tutun. Belə də oldu, o, öz qəhrəmanlığı ilə tarix yazdı. Övlad itkisi ağır olsa da, onun şərəfli ölümü bizim başımızı uca etdi”.

Vüqar Əliyev şəhid atası olaraq övladı ilə qürur duyduğunu söyləyir: “Pərvin şəhid olduğu gün bizim heç nədən xəbərimiz yox idi. Həmin gün kəndimizə başqa bir nəfər də şəhid olmuşdu, onun dəfninə hazırlaşırdıq. Elə bu ərəfədə zəng gəldi və Pərvinin şəhid olduğunu öyrəndim... Oğlumun döyüş yolu Talış-Suqovuşan istiqamətində olub. Düşmənin qurduğu səddin yarılmasında iştirak edib, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb”.

Onun döyüşçü yoldaşları, komandiri tez-tez qəhrəman kəşfiyyatçının məzarını ziyarət edirlər. Pərvinin komandiri Elsevər Hümbətov deyir ki, o, qrupun rabitəçisi idi. “Pərvin hələ düşmənə vurulan ilk zərbədə qəhrəmanlığı ilə seçilmişdi. O, bir kəşfiyyatçı kimi igidlik göstərdi, ağır atəş altında belə düşmən səddinin yarılması tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu”, - deyə Elsevər Hümbətov söyləyir.

Qeyd edək ki, Pərvin Əliyev doğulub boya-başa çatdığı Qəhrəmanlı kəndində torpağa tapşırılıb. Göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. (AzərTAc) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bakı və Astana memorandum imzaladı

Bakı və Astana memorandum imzaladı

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

End of content

No more pages to load

RADİO