85 gündən sonra qarşısında qurban kəsilən şəhidimiz - FOTO

44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də 32 yaşlı Kəlbiyev Telman Yadigar oğludur.

Bizim.Media xəbər verir ki, Qəhrəman gizirimiz Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.

Ailədə səkkiz uşaq olublar. Yeddi bacının qəhrəman qardaşı olan Telman ömrünü vətəninə həsr edən hərbçilərdən olub.

Şəmkirdə N saylı hərbi hissədə gizir olan Telman Kəlbiyev müharibənin ilk günlərindən ön cəbhədə olub. Gizirimiz general-mayor Polad Həşimovun seçdiyi cəsur hərbçilərdən biri olub. 

Bu barədə Oxu.Az-ın əməkdaşı ilə söhbətində şəhid gizirin həyat yoldaşı Günay Kəlbiyeva məlumat verib.

O deyir ki, Telman peşəkar hərbçi, qayğıkeş ailə başçısı olub:

“Müharibə başlayanda Şəmkirdən gedən hərbçilərdən olub. Döyüşdə həmlə bölüyünün komandiri olub. Sentyabrın 27-si döyüşə girdiklərini bilirəm. İlk olaraq Murovdağ yüksəkliyinin azad olunması istiqamətində gedən döyüşdə iştirak edib. Yüksəkliyi qısa zamanda düşməndən azad edib, ayın 30-u Kəlbəcər istiqamətinə gediblər. Telman 71 nəfərlik heyəti olan dəstəsi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün irəli gedib”.

Şəhidimiz ilk olaraq Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanır:

“Döyüşdə ilk yarasını orada alıb. Döyüş yoldaşları dedi ki, sağ ayağından qəlpə yarası alıb. Ona deyilib ki, belə getmə, qayıt. Amma Telman onların təkidinə baxmayaraq, döyüşə davam edib. Oktyabrın ikisi onların mövqeləri düşmən tərəfindən atəşə tutulub. Minaatan mərmisi hərbçilərin yaxınlığına düşüb və Telman ayaqlarından ağır yaralanıb. Elə döyüş meydanında digər silah yoldaşları ilə birlikdə şəhid olub”.

“Köməyə gələn əsgər yoldaşını şəhid olmasın deyə qovub”.

32 yaşlı şəhidin yoldaşı deyir ki, son dəfə Telman Kəlbiyevlə sentyabrın 30-da danışıb: 

“Son dəfə danışanda dedi ki, Murovdağdan qayıtmışıq. Çox çətin döyüş getdi, indi səsimi eşidirsə, bu möcüzədir yəni. O bilirdi ki, getdiyi yolun dönüşü olmaya bilər. Ən çox övladlarına görə nigaran idi. Dedi qayıtsam hər şey yaxşı olacaq, amma qayıtmasam, uşaqlara yaxşı bax.

Biz Telmandan 67 günə yaxın xəbər ala bilmədik. Hərbçi yoldaşları ilə əlaqə saxlamağa çalışdıq. Çünki hospitallarda, nazirlikdə Telmanın adı nə yaralı, nə ölənlər sırasında çəkilmirdi. Nəhayət döyüş yoldaşları ilə danışanda bildik ki, itkin düşməyib, şəhid olub...

Onların dəstəsindən olan iki hərbçi bizə gəlmişdi, Telman barədə bizə danışdılar. İkinci dəfə minaatan mərmisinin partlaması nəticəsində Telmanın sağ ayağı ombadan sınıb, sol ayağı isə dizdən aşağı parçalanıb. Əsgər yoldaşı onu dartıb döyüş meydanından çıxarmaq istəyib, amma Telman vəziyyətin gərgin olduğunu görüb, qoymayıb. O da şəhid olmasın deyə, əsgər yoldaşına “get, şəhid olacaqsan yoxsa!” deyərək, qovub.

Döyüş yoldaşı ona qulaq asmayıb, kömək gətirməyə gedib. O da yaralandığı üçün hospitala aparıblar. Telmangil isə döyüş meydanında qalıblar. Atışma sakitləşəndən sonra şəhidlərin nəşini götürmək mümkün olub”.

“Anası 85 gündən sonra Telmanın nəşi qarşısında qurban kəsdi”.

G.Kəlbiyeva həyat yoldaşının doğulduğu rayonda torpağa tapşırıldığını deyir:

“Biz çox ümid edirdik ki, o sağ-salamat qayıdacaq. Amma qismət belə imiş. 85 gündən sonra Telmanın nəşini bizə gətirdilər. Ailəsinin son beşiyi, yeddi bacının bir oğlunu anası qurbanla qarşıladı. Anası Telmanın tabutu önündə qurban kəsib gəlişinə şükür etdi. İki övladımız Elcan və Səid hələ də atalarını axtarırlar. Telman Kəlbiyev Neftçalada Şəhidlər Xiyabanında dəfn olunub”.

Şəhidimizin Vətənə əmanət iki oğul övladı qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO

ABŞ-da benzin qiymətlərində REKORD

ABŞ-da benzin qiymətlərində REKORD

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si AŞKARLANDI

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Nyu-Yorkda ilk hava taksisi sınaqdan keçirildi - VİDEO

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Piyada ölümü ilə nəticələnən qəzalarla bağlı Ali Məhkəmədən QƏRAR

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Azərbaycan və İran Naxçıvana PUA hücumunu araşdırır

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Hikmət Mirzəyev türkiyəli generalla nəyi müzakirə etdi? – DETALLAR - FOTO

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

“Şeirini təqdim et, imzanı tanıt” müsabiqəsinin yekun tədbiri keçirildi – FOTO/VİDEO

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Türkiyənin Hürjet təyyarələri İspaniyaya ixrac ediləcək - Müqavilə imzalandı

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Bakı və Astana memorandum imzaladı

Bakı və Astana memorandum imzaladı

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

Süni intellekt Pompey qurbanının simasını “canlandırdı” - FOTO

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

İsrailin xarici işlər nazirindən Zelenskiyə cavab: Taxılın “oğurlanması” ilə bağlı sübut yoxdur

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyə-Ermənistan sərhədində zəlzələ oldu

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

“Həzi Aslanov” stansiyasındakı su sızmaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

End of content

No more pages to load

RADİO