Abşeron rayonunda sərnişin avtobusu qəza törədib, iki nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, 135 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı arakəsmə dəmirə çırpılıb.
Qəza zamanı avtobusda olan sərnişinlər - 1958-ci il təvəllüdlü Pənahova Nərminə Soltan qızı və 1956-ci il təvəllüdlü Zalıyev Əlifağa Mirabbas oğlu müxtəlif dərəcələi bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. (Apa)
Bizim.Media