Həyət evində yaşanların nəzərinə! — 600 manat cəriməsi var

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.

Bizim.Media xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu məsələ birbaşa mülkiyyət hüququ ilə bağlıdır:

“Buraya mülkiyyət, digər əşya hüquqları, istifadə və icarə münasibətləri daxildir. Söhbət daşınmaz əmlakdan konkret olaraq ev və ona aid torpaq sahəsindən gedir. Əgər bu, həyət evidirsə, həmin vətəndaşın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında göstərilir ki, hansı sahə ona məxsusdur. Bundan əlavə sahə onun mülkiyyətində deyil. Bu halda, evin qarşısında yerləşən ərazi həmin şəxsin şəxsi mülkiyyəti hesab olunmur. 

Belə ərazilər ya dövlətin, ya da bələdiyyənin balansında olur. 

Vətəndaş həmin sahədən istifadə etmək istəyirsə, məsələn, avtomobil saxlamaq üçün, bu zaman müvafiq qurumla icarə müqaviləsi bağlamalıdır. Əslində bu, bütün sivil ölkələrdə tətbiq olunan normal praktikadır. Çünki sənə məxsus olmayan torpaq sahəsindən ödənişsiz və icazəsiz istifadə etmək hüquqi baxımdan düzgün deyil. Bu, ictimai ərazi sayılır. Azərbaycan qanunvericiliyinə görə də prinsip eynidir. Sadəcə praktikada bəzən belə hallara göz yumulur və insanlar “öz evimin qabağıdır” arqumenti ilə həmin ərazidən istifadə edirlər. Halbuki hüquqi baxımdan belə bir əsas yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə (yəni sənədsiz zəbt və ya icazəsiz istifadə) inzibati məsuliyyət yaradır. 

Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə tətbiq olunur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.

Yəni, vətəndaşlar bilməlidir ki, evlərinin qarşısındakı torpaq sahəsi onların çıxarışında (kupçasında) qeyd olunmayıbsa, orada hər hansı dəyişiklik etmək və ya ərazini hasarlamaq qanunsuzdur və ciddi pullu cəriməyə səbəb ola bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

End of content

No more pages to load

RADİO