Əsirlikdən dönən Bayram: “Məni dubinka ilə döyüb, toka verirdilər”

Özümü yaxşı hiss edirəm, Dövlətimiz, Prezidentimiz sağ olsun, bizi Azərbaycana qaytardılar. Müalicə olunduq və bu gün evə buraxıldıq. Ali Baş Komandana, bizə dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm.

Bunu erməni əsirliyindən azad edilən Bayram Kərimov deyib. O bildirib ki, doğma Vətəninə, ailəsinə qovuşduğu üçün çox sevinclidir.

“Sevinc hissləri keçirirəm. Ailəm, xüsusən də oğlum üçün çox darıxmışam. Sentyabrın 29-dan könüllü olaraq ordu sıralarına qoşuldum və döyüşdüm. Füzuli, o cümlədən, Şuşanın kəndləri, Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak etmişəm. Hər kəsdə böyük ruh yüksəkliyi var idi. Torpaqlarımızı mənfur ermənilərdən təmizləyirdik, hər kəndi azad etdikcə irəli getmək üçün daha da ruhlanırdıq. Əgər Xankəndinin girişində yaralanmasaydım, sona qədər döyüşərdim”.

B. Kərimov xatırladıb ki, Xankəndi şəhərinin girişində qızğın döyüş zamanı yaralı yoldaşlarını çıxararkən düşmən gülləsinə tuş gəlib.

“Yaralı dostlarımızı çıxarırdıq. Döyüş davam edirdi. Arxadan güllə atıldı, yaralandım. Qızğın döyüş gedirdi, yoldaşlarımın məni çıxarmağa imkanları olmadı. Bizi videoya çəkən ukraynalı jurnalist Aleksandr Xarçenkonu daha sonra görmədim. Gözümü açanda artıq Ermənistanda idim”.

Bayram əsirlikdə ona işgəncə edildiyini qeyd edib:

“Bizi aparan gündən işgəncə verdilər. Məni toka verirdilər, dubinka ilə döyürdülər, məlumat almaq istəyirdilər. Lakin mən heç nə bilmirdim və heç nə də demirdim. Gördülər ki, mən heç nə bilmirəm, ondan sonra əl çəkdilər.

Bizi qaytarmağa son 10 gün qalmış artıq heç nə edilmədi, reanimasiyada 8 gün qaldım.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən nümayəndələr dekabrın əvvəli gəlmişdilər, atamdan məktub gətirmişdilər. Ümidimi kəsmişdim. Prezidentimiz sağ olsun, bizi düşmən əlindən xilas etdi. Son anadək qayıdacağımızdan xəbərimiz yox idi. Mən yalnız Bakıda təyyarədən düşəndə artıq geri qayıtdığımızı bildim”. (Azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

İmmun sistemini gücləndirən HƏRƏKƏT

İmmun sistemini gücləndirən HƏRƏKƏT

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

End of content

No more pages to load

RADİO