Səbail rayonu, 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.
Bizim.Media-ya Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən “Fəhlə əlləri” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.
Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılıb.
Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılmış, landşaft dizaynı yenilənmiş və 2800 kv. metr ərazidə geniş abadlıq işləri həyata keçirilib.
Burada 10 metr hündürlüyündə “Fəhlə əlləri” abidəsi rəssamlar tərəfindən yenilənərək bərpa olunub.
Gülşanə Mustafayeva, Bizim.Media